Çiçəklər iclasa birinci gəldi;Onların ətirdən sözləri vardı.Onlar çıxışını hamıdan əvvəlBaşlayıb,hamıdan sonra qurtardı.

Onların sözünü dinləməyərək,Əlini döşünə döyənlər vardı.Onlarsa zəriflik əzəmətiyləİclası sonadək gözəl apardı.

Onların saf qəlbi,ruhu, qüdrətiMənim ürəyimdə qaldı əbədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri