Çərxi-fələk qismət edəndə özü,Ğəmi-gərdun bu dilfigarə düşübdür.Cəfasın çəkdiyim tərfə nocavan,Məndən küsüb xeyli kənarə düşübdür.

Nə zaman düşmüşəm yardan ayru,Çəkrəm dərdin möhnətə qarşu,Rəhm ilə halıma, ey büt xoşxu,Dinməzsən aşiqin avarə düşübdür.

Əridi cismimi atəşi-hicran,Yetiş fəryadıma, qadir-i Sübhan,Biçarə (Kərim) halı pərişan,Məcnun olub bu dağlara düşübdür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq