Yurda mərdlər verənim!Gözün aydın, gözü tarix boyu odlar görənim,Yaralanmış, paralanmış, qana batmış vətənim!Gələcək son günü yurdunda o qanlar tökənin.Ayları, illəri ey qanlı döyüşlərdə keçən,Geydi əsgər libası mərdlərin, ey şanlı vətən!Ordumuz haqqı sevən millətimin ordusudur,Topu, təyyarəsi xalq eşqi, vətən duyğusudur.Nəvələr geydi döyüş paltarını əcdadının,Qoymasın sönməyə gur məşəlini yurd odunun.Ordumuz haqqı sevən millətimin ordusudur,Yürüşü, andı onun yurdu xilas duyğusudur.O gedir, son qoyacaq bunca olan zülmə, şərə,Haqq sevən ordumuzu çatdır, ilahi, zəfərə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq