Axı niyə
Bəzi jurnalistlər qospitalda yaralı əsgərlərə -- döyüşçülərə yersiz, lüzumsuz suallar verirlər.
Qızarır sarğısındaHələ qan ləkələri.O yaralı əsgəriNiyə üzə salırsan?Niyə xəbər alırsan:Yəqin qayıdacaqsanCəbhəyə sağalan tək?O da: - əlbəttə, - deyir.Bəs başqa nə deyəcək?Bəs sən necə qıyırsan?
Ürəyin daşdı yoxsa,Niyə mikrafonunlaLap minnət qoya-qoyaDanışırsan onunla?Divara dirəyirsənSən bu halsız uşağı?Özünü şux göstərənBu əhvalsız uşağı?Qospitaldan çıxan təkİnanıram ki, hökmənCəbhəyə dönəcəksən!Allah qoysa,Əlbəttə...Yarası göynədikcəSızıldayır xəlvətdə...Ərlərin,Ərənlərin,Ana yurda,VətənəCanını verənlərin,Qanını verənlərin,Borcunu verənlərin
Gəncliyin, sağlamlığınZəlzələ,Top dağıtmazMöhtəşəm qalasını,Bürcünü verənlərinXoş təsadüf üzündən -Allahın rəhmi iləSalamat qalanların,Yarımcan olanların,Çıxa-çıx qalanların,Bata-bat qalanların,Niyə cırmaqlayırsanÜzünü bu məqamda?!Bir duyğu, bir hissiyyatOlmaz imiş adamda?Getməyənlərdən yapış,Getməyənlərdən soruşNamus nə,Qeyrət nədir,Yurda məhəbbət nədir,Xalqa sədaqət nədir.Yaralı döyüşçüyə
Ana südündən halalİnnən beləƏn xoşbəxtÖmür-gün arzu elə,Çal-çağır arzu elə!Toy-düyün arzu elə!Onlar yadigar qalıb.Onlar əmanət qalıb,Onlar qənimət qalıbŞanlı döyüşçülərə -Sarğıları hələ dəQanlı döyüşçülərə -Arzu-kam arzu elə!Həyatın şərbətiləDolu cam arzu elə!Desən də, deməsən dəBilsən də, bilməsən dəİgidlər dinc oturmaz,Çətində-darda bəli!Müdrik ol, incə tərpən,Mikrafonlarda bəli.
4 yanvar, 1994
Kitabxana.az · https://kitabxana.az/works/qabil-axi-niye
← → düymələri ilə keçid, R — təsadüfi şeir