Əfsus, günüm keçdi şərü şur ilə daim,Gəldi dəmi-rehlət.Tutmuş hələ dünyanı könül hirs ilə qaim,Tədbirinə lənət!Getdi hamı həmdərdi-xoşəxlaqü mülayim,Qaldım məni-həsrət.Çöldə Əli bəy, Təhdilidir qələdə tayım,Onlar da kəmülfət.Yoxdur ədədi fövt olanın, hansını sayım?Məcmuuna rəhmət!

Ağzımda uçuq qəbrə dönüb otuz iki diş,Üç-dördü qalıbdır.Bir-birini tutmaz dəxi onlar görə bir iş,Kökdən boşalıbdır.Əzbəs ki, yonar möhnətü dərdü qəmü təşviş,Bağrım yuxalıbdır.Xam quyruğa batmaz nə qədər cəhd eləyəm...Çoxdan koralıbdır.Oldur səbəb əfləkə çıxar hayü hərayım,Baxmaz mənə övrət.Bəzi zəni xoşbəxt sanır mərdümi-olmaq,Der şövhəri xandır.Həmvarə geyər əyninə zərbəft ilə dibəq,Həm hökmü rəvandır.Sən bil ki, ünas əhlinə xoşdur gəzə çiplək,Ta varı cavandır.Yoxdur qınamaq hiç bizim həmsəri mütləq,Çün xeyli zamandır.Düşməz yavuq əsla hədəfi-məqsədə yayım –Sınmış oxa nisbət.

Müddətdi düşüb dıkı-dərunum saf əməldən,Əfsürdə çırağəm.Bir loqmadan əfzun yeməzəm xofvü xələldən,Bu barədə dağəm.Birəğbət olub xahişim itami-gözəldən,Guva ki, naçağəm.Fərq etməz idim bir zaman ayranı əsəldən,İndi bu səyağəm.Vay oldu ki, bir gün tükənə qənd ilə çayım,Alır məni xiffət.

Batmış şikəmin aldı bizi heyvarə fikri,Doymalı deyil bu?Qış aş, pilov döğdəğəsi, yaz kərə fikri,Bağrımız edər su.Köç vəqti ulaq kəmliyi, dağü dərə fikri,Olmaz belə qayğu.Ta çənd otaq dərdi-səri, pənçərə fikri,Əndişeyi-bahu.Yegdir ki, ləhəd küncü ola köşkü sorayım,Sərmənzili xəlvət.

Çöl əhlinə bir il belə gər qış gələ qatı,Lağər düşə çarpa.Yeksər qarışar bir-birinə türk ilə tatı,Aşuradı Guya.Hər kəs götürür dəstinə bir örkənü çatı,Hiyzüm qıla peyda.

Gözlər ki, bitib ot, kökələ camışü atı,Arxayın olub taGəh-gəh deyə, ey ilxıçı, qorxıldımı dayım?Nə eyş, nə rahət.Bir vəqt görən qamətimi sərvi-rəvan tək,Bivasitə, biqal.İstərdi basıb bağrına, nazım çəkə can tək,Manəndeyi-ətfal.Məhparə hamı tabe idi əmrimə xan tək,Nə üzr, nə ehmal.Atmış bucağa, ah, məni köhnə palan təkBaş yoldaşım əlhal.Qorxum budu indən belə əndək də yaşayım,Saf eyləyə niffrət.

Lağlağı deyildim belə, billəh, keçən ovqatKəndin zənü mərdi,Bir nəfsə əyər zərrəcə təqsir ola isbat,Yapraq tək əsərdi.Hərgah deseydim özünü get qayadan at,Filfövr gedərdi.Saymaz məni əknun Tükəz oğlu kimi bədzat,Çəkmimmi bu dərdi?Dünyada bu hal ilə dəxi mən nə qalayım,Yetməzmi bu zillət?

Saqqal dönüb ağ sümağa, söyləmə, Zakir,Qəflətdən ayıl sən!Sövdayi-qiyamətdə gərək ər ola mahir,Taət yolun öyrən.Qorxum burasıdır ki, olam Pinçi tək axır.Baqqal daşı, yek mən.Köçəmək dəmidir, yatma, kişi çapükü şakirDur, düş yola, təpərən!Bahörmət ikən çarə odur mərgi arayım,Şayəd ola qismət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri