Ağarıbdır
Divanə könül, dəxi usan yal ağarıbdır!Pərvaz eləmə, bəsdi pəri bal ağarıbdır!Sərdən bu həvavü həvəsi sal, ağarıbdır,Əvvəl nə isə, indi ki, əlhal ağarıbdır,Layiq döğü bundan sora, saqqal ağarıbdır.
Bir neçə zaman al, yaşıl geydimü taxdım,Hər qaşı, gözü sürməlini gördümü axdım,Rüxsarəsinin atəşinə canımı yaxdım,Otuzdan iki, üç keçdi, güzgüyə baxdım,Gördüm ... dönmüş yenə, xal-xal ağarıbdır.
Sallandı surum, başıma ta qopdu qiyamət,Ol üzüqara bir neçə dəm verməmədi fürsət,Öz-özümə dedim, ki, düşüb qürrəyə əlbət,Ayda, yarım ayda çəkilib bir yerə xəlvət,Çəkdim nə qədər hər nə ki, filhal ağarıbdır.
Demmi, deməyimmi ki, bu ildən ağarıb baş,Müşkül burasdır ki, nihan sirr olacaq faş,Nifrət edəcək yarü rəfiq həmsərü sirdaş,Yolmaq diləsən dəxi gərəkdir qoyasan aş,Çəkməkdən ötüb başı, bütün sal ağarıbdır.
Məhvəşlərə xoşdur, nə ki, oğlan danışsa,Yüz föhş edib, hərzəvü hədyan danışsa,Ağsaqqal əgər ayeyi-Quran danışsa,Başdan ayağa hikməti-loğman danışsa,Axırda deyər: söyləmə naqqal, ağarıbdır.
Ol xanəxərabın tükü bir rəng, ola barı,Mən eyləmə, ifriti görəndə qaçar adəm.Həmsinin olur bir-birilə ülfəti möhkəm,Rişim xəti-canan ilə yekrəng idi bir dəm,Netsin dəxi biçarə, bu minval ağarıbdır,
Qumraldan isə yaxşıdı dum ağ olanı,Çox yerdə deyərlər ki, durun gəldi filanı,Əlbəttə, səd əlbəttə, ona yaxma hənanı,Guya, açılanda çənənin hər iki yanı,Ağ toyuq alıb ağzına çaqqal, ağarıbdır.
Ol xanəxərabın tükü bir rəng ola barı,Nə qarədi, nə qırmızı, nə ağ, nə də sarı,Əsli bu ki, bir ... döğü, kəssin onu tarı,Bir hal ilə ağ olsa idi səhl idi karı,Amma bu parax quyruğu bədhal ağarıbdır.
Bundan sora laf urma, könül, özgə hünərdən,Əldən nə gəlir, salma qonum-qonşunu sərdən,Qoyma apara qarğa-quşu sərgini dərdən,Xublar duramaz, adətdir ... yerdən.Görsə ki, gəlir yüz çənəsi çal, ağarıbdır.
Saqqalı ilə sadələrin olmaz arası,Növxəttə məhəl qoysa da, bil, yoxdu çarası;Onunku odur tüksüz ola gözü qarası,Əndamə düşər rəng ilə beş gün zağarası,Çi sud, görəsən ki, yenə dal ağarıbdır.
Keçdi o ki, zövq eylər idin gahi səfərdə,Evdə oturanda meyü məhbub nəzərdə,İndi dəxi yox tabü təvan canü cigərdə,Gah yanını ver balışə, gah çıx günəverdə,Çək kürkün ucun başına ... ağarıbdır.
Yalın ki, ağardı sənə müştaq zən olmaz,Yüz toh verəsən içinə əsla ... olmaz,
Başdan-başa yaşılü alə bəzən, olmaz!Bostanda çürür rəğbət edib, bir üzən olmaz,Hər meyvə ki, tağmürdə olub, kal ağarıbdır.
Zakır, yapış ol Əhmədi-muxtar ətəyindən,Xeybər dağıdan Heydəri-kərrar ətəyindən,Yüz gəz tutasan yarımasan yar ətəyindən,Baxmaz üzünə, əl götü dildar ətəyindən,Eşşək də yeməz kim, görə qanqal ağarıbdır.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-agaribdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məni bir zülfi-mişkinin qəmi aşüftəhal eylər,Gətirsə nəkhətin badi-səba dəfi-məlal eylər.
Möcüzi-ləli-ləbin həzrəti-İsa nə bilir?Möcüzi-ləli-ləbin həzrəti-İsa nə bilir?Nazi-əndazəni Şirinü Züleyxa nə bilir?
Müştaqi-ləbin sağərü səhbayə baxarmı?Müştaqi-ləbin sağərü səhbayə baxarmı?Bir göz ki, səni görməyo, dünyayə baxarmı?
Nə qədər cövrü cəfa eyləyə dildar mənəNə qədər cövrü cəfa eyləyə dildar mənə,Eyləməz eylədigin dideyi-xunxar mənə.
Başqa şairlərin şeirləri
Ərizə yazaram səba yellənnən,Ərizəm canana yetişirmola?
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
Mənim sevdiyimZulflərin sunbuldur, yanağın lalə,Baxışı tə’n edir vəhşi qəzalə,
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.