Şəhla eynin, siyah qaşın can alır,Gələndə nakəslər daldala, keçsin.Çəkər həsrətini, el cana gələr,Nə gərək qal etsin, dal dala keçsin.

Hərdən ey nazənin ara, dan yarı,Ara aşkar desən, ara dan yarı.Alarsa, haqq alsın aradan yarı,El gəlsin yasına dal-dala keçsin.

Ərz eylədin sən Alıya, yan, ağa,Aşiq yanar, nədən keçsin yan, ağa.Həssas eyni aşiqsə al yanağa,Canan qarşı gəlsə, dal, dala keçsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq