Atəş sallam cəsədinə, sən də nara yanarsan,Mən ki, Loğman şagirdiyəm, əmri-mahaldı yüküm.Xam xəyala dalmaginən, sonda peşman olarsan,Mən açaram dəhanımı, hüsnü-camaldı, yüküm.

Bir dənə ləldən ötəri dəryalara dalmışam,Seçilmiş ləli-gövhəri sandıqlara salmışam,Mətahım dürr mətahıdı, bu diyara gəlmişəm,Yaqut nədi, yəmən nədi, elmi-kamaldı yüküm.

Ustadlıq çox çətindi bax, taki birə varınca,Baş qoyum astanasına, taki pirə varınca,Aşıq Alı çox süründü xaki-pirə varınca,Zər nədi, ziba nədi ki, fikri-amaldı yüküm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət