Əlindən
Nə qanır, nə qandırır,Dad-aman nadan əlindən.Qoymur ara düzəltməyə,Xuliqan şeytan əlindən.
Namərd öldürər acından,Doymaz dünya xəracından,Ələkbər tamah ucundan,Döşədi astan əlindən.
Hüseyn oldu işdən halı,Çox çəkildi qeylü-qalı,İki aylıq materialı,Verdilər pünhan əlindən.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-huseyn-bozalqanli-elinden
← → düymələri ilə keçid, R — təsadüfi şeir