Sabiq Tiflis konsulu Mirzə Yusif xana Təbrizdə naibül-vəzarə vəzifəsinə təyin olunması münasibətilə yazılmış məktubun surəti

Əzəmətli ağam, səadətiniz daimi olsun!

Əvvəla, mən və Şeyxülislam sizin nəbül-vəzarə vəzifəsi ilə Təbrizə varid olmağınızı təbrik edirik! Allaha şükür ki, sizə dostların istəyincə layiqli bir vəzifə qismət oldu.

Sizin evinizi dövlətə satmaq barəsində, mənim xahişimlə Mirzə Əsədulla xan Xarici İşlər Nazirliyinə vəkalətnamə göndərmişdi. Mən isə xüsusi məktubla sizi əhvalatdan xəbərdar etmişdim. Bəs bu tədbirin nəticəsi nə oldu?

Mənim köhnə dostum olan Ağa Qalust Şermazanov bu günlərdə Təbrizə gələcəkdir. O, sizin evin əhvalatı ilə tanışdır. Ona tapşırmışam ki, məsələni ətraflı surətdə sizə danışsın.

Buralarda elə bir yeni əhvalat baş verməmişdir. Osmanlı elçisi Münif əfəndinin gəlməsini gözləyirik. Yanvarın 1-dən burada şiələrin və sünnilərin ruhani idarəsinin sədri Şeyxülislamdır. Sünni ruhani idarəsinin sədri isə sabiq Şamaxı qazisi müfti Hacı Həmid əfəndidir ki, inişil vəfat etmiş müfti Məhəmməd əfəndinin yerinə keçmişdir.

Cənab Ruhül-qüdsü bu dəfə Tiflisdə olduğu zaman, gündə iki dəfə görüb söhbətindən feyziyab olurduq. Ürəyimdəkiləri izhar etmək üçün qələmə icazə vermirəm.

“Ay gözəldir, lakin sənin üzün ondan da gözəldir,
sərv könül oxşayandır, lakin sənin qəddin onda da
könül oxşayandır”.

Bütün tənzimat və yeniliklər yaxşıdır. Lakin əsassızdır, bünövrəsi yoxdur, davamsızdır, müvəqqəti işdir. Bir neçə gündən sonra alt-üst olacaqdır. Elm və maarif yuxarıdan tutmuş aşağıya qədər, kasıbdan tutmuş əşrafa qədər xalqın bütün təbəqələri arasında müstəsnasız olaraq yayılmalıdır. Çoban da, əkinçi də, tacir də, əttar da nazirlərin malik olduqları imkana və bacarığa malik olmalıdırlar. Bütün xalq dövlət başçılarının gördüyü tədbirlərdə iştirak etməlidir.

Əfsus, əfsus! Siz bu dərəcəyə nə zaman çatacaqsınız? Hələlik, eybi yoxdur, bir para uşaq əyləncələri ilə könlünüzü şad edin!

Təbiidir ki, dəmiryol sizin vətəninizi abad və asudə edəcəkdir. Lakin sizin xalqın tam səadəti başqa şərtlər və başqa vəziyyətdən asılıdır ki, onların da ümumi əsası elmləri inkişaf etdirmək və Kəmalüddövlənin fikirlərini xalq arasında yaymaqdır. Bunların hər ikisi də əlifbanın dəyişdirilməsi ilə bağlıdır, bəlkə də belə bir ehtimal fərz edək ki, dəmiryol get-gedə əlifbanın dəyişdirilməsinə, elmlərin inkişafına və Kəmalüddövlənin fikirlərinin yayılmasına bais olacaqdır.

Eh! Mənə nə! Vallah bu fikirlərdən təngə gəlmişəm. Bundan sonra daha bu kimi məsələlərdən danışmayacağam. Nə olursa olsun, müasirlərimin nadanlığından, türklər demişkən, zəhləm gedir!

Ağa Qalustun da Təbriz yaxınlığında Zincənab və Mən cənab adlı iki para kəndi vardır. Elə zənn edirəm ki, o da sizin evinizi almağa meyl göstərə bilər. Mən bu barədə ona bir söz deməmişəm. Özünüz bu barədə söz salın. Əgər mayil olsa, evi kəndlərlə dəyişdirə bilərsiniz.

Mirzə Fətəli

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü məclis

Üçüncü məclis vaqe olur Arazın kənarında. Qızılbaş səmtində. Bəylər və Hacı Qara Təbrizdən qaçaq mal alıb qayıdırlar. Arazın kənarına, piyadalanıb yığışıblar qırağa. Araz qıjhaqıj axır, dumanlı gecədir, gah-gah ildırım şaxır.H e y d ə r b ə y. Burdan indi keçmək olmaz. Gərək bir dört verst aşağıda küy-qalmaqal salaq, kazaklar tamam aşağı ensinlər, sonra qayıdıb burdan keçək.

10 dəq
Dördüncü məclis

Dördüncü məclis vaqe olur Xonaşin dərəsində, aydınlıq gecədə, iki erməni, biri piyadə, birieşşək üstə gəlirlər.

12 dəq
Beşinci məclis

Beşinci məclis vaqe olur obada. Heydər bəy alaçığın içində oturubdur, bir gün irəli toy edib gətirdiyi gəlini ilə. Çöldə zurna-qaval çalırlar. Cahıl uşaqlar oynuyub söz oxuyurlar.H e y d ə r b ə y: Allah, kərəminə şükür! Yuxudur, görəsən, ya zahirəndir ki, mən səninlə qabaqqabağa oturmuşam. İki il çöllərdə dərdinlə gün keçirib axır ki, arzuma yetişdim. Bu nemətin şükrünü yerinə yetirə bilmənəm.

17 dəq
“Kəmalüddövlə məktubları”nın üzünü köçürən şəxsin islam xalqlarının şəriət xadimlərindən birinə göndərdiyi məktubun surəti

(h. 1280-ci ildə)Bilik və mə’rifət sahiblərinə aydın və aşkardır ki, heç bir əsrdə və heç bir zaman dünya dinsiz və zındıq adamlardan xali olmamış və olmayacaqdır. Bu adamlara acıqlanıb qəzəblənmək heç bir nəticə verməz. Çünki bu kimi yolunu azmış adamlar bir və ya iki nəfər deyil, həm də ölkənin daxilində yaşamırlar və özləri də müəyyən bir əsrdə baş qaldırmırlar ki, onların öhdəsindən asanlıqla gəlmək mümkün olsun. Onlar saya-hesaba gəlməz dərəcədə çoxdurlar. Biz onların hansının öhdəsindən gələ bilərik?

5 dəq

Başqa şairlərin şeirləri