خرمی رو در کشیدست از جهان
خرمی رو در کشیدست از جهانوز میان برداشت انصاف آسمان
عیش را لذت نماند چون برفتخرمی از دست و انصاف از میان
نیست در شش گوشه عالم دلیکو بود از صدمه غم در امان
ربع خاکی سر به سر وحشت گرفتکس ز آسایش نمی یابد نشان
هیچ کس را دل ز غم آزاد نیستدر جهان از پادشه تا پاسبان
یا فراغت در جهان هرگز نبودیا ز چشم ما شدست اکنون نهان
یک نسیم نوبهاری بر که جست؟کو نشد آشفته از باد خزان
دست بر سر مانده اند از دست غمنیک و بد، مرد و زن و پیر و جوان
از همه رنجی که در عالم بودنیست بدتر از فراق دوستان
قصد دل دارند هم غمها ولیکمی کند درد عزیزان قصد جان
بر حقم با این همه رنج فراقگر کنم از گردش گردون فغان
غصه ها دارم من از فرقت چنانکدر همه عالم نگنجد شرح آن
صبر، یزدان می دهد ورنه به جهدبا چنین غم صبر کردن چون توان؟
Şadlıq artıq büsbütün üz döndərib dünyadan,
Göy də öz insafını qaldırıbdır aradan.
Şadlıq eldən, insafsa ortadan getmiş təmiz,
Yaşamaqdan dünyada necə ləzzət alaq biz?
Aləmi başdan-başa gəz, bir ürək tapmazsan,
Qəm-qüssə zərbəsindən ona verilsin aman!
Yer üzünü bir ağır vəhşət tutub sərbəsər,
Bir nəfər tapa bilməz asudəlikdən əsər.
Padişahdan başlamış keşikçiyə qədər sən,
Xatirini bir kəsin qəmdən azad görməzsən.
Bəlkə heç asudəlik olmamışdır dünyada
Ya ki, bizdən gizlənib, bir zamanlar olsa da!
Varmı bahar nəsimi bir kərə duyan insan –
Xəzan yeli etməsin xatirini pərişan?
Gecə-gündüz edərlər dərd əlindən ah-zar –
Yaxşı, pis, qadın, kişi, gənclər, həm də qocalar.
Bütün qəmlər dünyada, düşünsən, canüzərdir,
Qəmlərin hamısından dost fərağı betərdir!
Bütün qəmlər insanın ürəyinə qəsd edər,
Əzizlərin dərdidir cana qəsd edən kədər.
Haqlıyam, canımdakı ayrılıq əzabından, –
Zalım fələk əlindən çəkdim ney kimi əfqan.
Elə böyük kədərim var ayrılıqdan yana, –
Bəlkə bircə zərrəsi sığmaz bütün cahana.
Bəlkə də ulu Tanrı mənə səbr etdi əta,
Yoxsa, bu ağır qəmə çətin ki, səbrim çata!
Kitabxana.az · https://kitabxana.az/works/beylaqani-sikayetname-36
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Didəbanam rəhguzari-şahı gozlər gozlərim,Baqmazam qeyri yola, şəhrahi gozlər gozlərim.
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
OlarNagahdan atılsa mərd igidə daş,Görmə bir kimsədən, o dostdan olar.