Qəribə bir nəql eyləyim, ey cavan,Bir dəm eşit, mətləb olsun əyan

Gör necə şirin hekayətdir bu,Çərx işindən güşə şikayətdir bu

Bir ərəb və bir İraqi, bir də türk,Bir erməni, bir də rus müştərək

Bir-birinin dillərindən anlamayan,Xoruz təkin zirək və tez banlayan

Ərəb deyir türkə ki: Ya mirbu',Əhlini şiddəti-təsiri-cuu'

Həl ləkə xubz ev təmr hülv,Və ə'tini, ya əxi, əhli-ulüv

Türk deyir: var, çör kim qıyadır,Quru çörək vermək sənə həyadır

Farsi zəban dedi: bədə eyb nist,Nan şəvəd xüşk u tazə yə'ni çist

Hərçe şəvəd fikr mekon, də bər an,Gürüsnə xər ra çə ələf zə'fəran

Ərəb eşitdi ki, deyir "xər" ona,Sanasan ki batırdı neştər ona

Dedi: əyya faili-fisq ü fücur,Əxrəbək bil-şəcəri vəl-həcər

Keyfə təqulu li hərfən şəni',İnnə əbi kanə əmirəl-bəqi'

Orus gördü onlar durub qayğılı,Dedi: «Ani suma saşli çtoli»

Gəldi çağırdı onları: ay, Brat,Savaşmayın, durağ ....... mat

Erməni gördü, sonra orus təmam,Yoldaşlığı özünə etdi haram

Dedi: əcəb duq mi pis mart çəq,Mimi yan özümək şan pəs haçəq

(Hayn asa şadım xosəl, ay orus!Dürk kişim verit Misri turos)

Bir-birinə eylədilər mübahat,Zikr olundu əsl-nəsəb, fər' u zat

Biri deyir: «Taqa vori diqa em»,Biri deyir: ağazadə, ağayım

Biri deyir: «Ya qaspadin, ti mujiq,Dink maya fsurovna kak dujiq»

Biri deyir: mən kişiyəm adda,Burda mənəm gör xəlifə Bağdada

Biri deyir: ənə şücaüz-zaman,Əl-əsədu yətləbu ənnil-əman

Dil qarışdı bir-birinə qil-u-qal,Kal dəkməşə dəkməşə qarışdı kal

Əzrib, bizən, vəlay pərni qoyma, dut,Bir qiyamət oldu ki, həşri unut

Türk vurub yardı rusun başını,Orus tökdü yağış tək göz yaşını

Söydü türkü: «Ax ti sukkin sin durax,Niyə mənim başıma vurdun (qulaq)»

(Ya təbə dam qozənis padlis polut,Sam ti mujiq naxal mujiq baqrut)

O da türkə həmlə qıldı bir qapaz,Farsi zəban dedi: məzən bi-namaz

Xeyr tu şod kərd, sərət rə şikəst,Xuni-sərət dərdi-gülüyət bə bəst

Pul-i tu dər cibi-tu şod sər bə xak,Çizi nədadi bə həkim ü dəllak

Rus bundan fikr eyləyib dayandı,Sanasan ki piyan idi, oyandı

Erməniyə bəxil bundan oldu yüz,Vay nədir, sazış ola yüz-bə-yüz

Əraqinin ortasına paridi yavaş,Yə'ni qərəz düşsün yenə bir savaş

Yumruğu çəkdi alnının üstünə,Xəlvətincə bir daş qoydu dəstinə

(Min yumurq qənçəm qlixit adığa,Qəcığcığı qluxt qəcığcığa)

Əraqlıya xəşm bundan qıldı cuş,Şeyristan kimi çəkdi xuruş

Dedi ki: ay erməni fitnəkar,Zəhrdə mar, cahan susmar

Xaki-tu əz buxl yəqin xorde ab,Zati-tu məxmurə bəng ü şərab

Surəti-xod ra çe koni nar rəng,Behr çe bər ma əfkəni rəzm u cəng

Cür'əti-tu çist mera mizəni,Ey zənge, bəzən ki zibə zəni

Müşt zənəm bər tu təbərzin əsas,Ta əfkəni mührə-i xod ra bə-tas

Erməni bu zərbi görüb qaldı mat,Dinmə, qonaq-tat, təbəqi altında yat

Orus gördü: erməni qorxub baxır,.... bədr balağından yaş axır

Hiddət səfrası çəkib cuşi-nar,Göy gözü əxgər təki qalxıb yanar

Erməninin söydü ..... mat,(Armiyaşqa ax qanaliya praqliat)

(Ti bayiş iz tatarin qaq baran,Asvyino nov prixal iz İran)

Çəkdi şaşqa erməni-ni öldürə,Qeyrət və hirsin ərəbə bildirə

Ərəb gördü qatil və məqtul olur,Hər ikisi batil və məbtul olur

İstəmədi nahaq düşə bir fəsad,Bina qıldı səlah və fisq sədad

Dedi rusa: ya əxi, üskut və-də',Qəd əraki fit-təriqi mustəd'i

İnnəkə min zümrəti əhlil-kitab,Fil-kitabi leysə xitabül-itab

Qəd əmərəllahu və ləna taətuhu,Qəd və'ədəllahu və ləna saətuhu

Qətlu hazər-rəculi bil-bətal,Ma cəvabuke yəumil-cəzai fis-sual

Mən qətələn-nəfsə əla qeyri həqq,Qəd yəkunu və bil-cəhimi mustəhiqq

Əl-əməlül-xeyri li-xəyril-ricəl,Və leysə xeyrun lir-rəculi fil-icəl

Sonra üzün tutdu cəmiyyə təmam,Vəzlə iblağ ki: ay xas və am

Və maləkum tənazəu bil-qital,Və maləkum təşacərū bil-cidal

Ə həkəza rəsmu ənisil-vəfiq,Ə həkəza şərtu rəfiqiş-şəfiq

Ət-təriqu bə'də rəfiqil-kərim,Vəl-kərimu şə'nuhu təb'ul-həlim

Əl-həlimu la yuhibbu qalə qil,Summə li-mən əqluhu əqlu Əqil

Bu vəzdən rus oldu qəlbi nərm,Hirsi gedib qalib oldu vəhm ü şərm

Börkü götürüb eylədi insaf zat,Dedi: «Ya sam nastayşi vinavat»

(Budət təbə çort meynə əsqazal,Naprasno tut izdilal qalmaqal)

(Aslava boq təpər meynə ni çiqo,Ya paqlyano qaspadini sava yu)

Ya praşu izvinit qaspada,İ praşu qust ittə na abeyda

Yist təper qatliyet sup dini,Sul pere s luq fiso u meyni

Farsi zəban dedi ki, ay mahru,Hər sifət nuri-sühən sübh-gu

Cümlə kəlamət həmə xatir pəsənd,Şəhdi-məaniş həmə şəhd u qənd

Gunah, gunah əz tərəfi-mast, mast,Cümlə həqq canibi-qovli-şumast

Əşhəbi-himmət süyi-ma rəxş kon,Hərçe xəta şod həmə ra bəxş kon

Türk gəlib oldu o dəm üzrxah,Əfv qılın, bəndəm sahibi-günah

Haqq həqiqətdə xətadır xəta,Xəta gərək böyükdən olsun əta

Aqil olan təmə' yolun tənk edər,Yoxsa nə kim zənanəvəş cəng edər

Bir çörək ki, cifeyi-dünya ola,Nə dəxli var bu həddə qovğa ola

Erməni bir ləfzlə açdı zəban:Bilməmişəm, təqsirliyəm, əl-əman

Yes mər numəm ku xəcalət kaşiməm,Qəlxis qniyam yes ans çaşiməm

Gərçə olar sel kimi daşdılar,Axırında dostluğa oynaşdılar

Cümlələri sazış olub barışdı,Bir-birinin zidd ikən qarışdı

Lik fələk kəcrəv, kəcrəv mədar,Eyləməyib heç kəs ilə bir mədar

Əvvəlindən axırına kəc olur,Ta yaranıb fövt olunca ləc olur

Eyləməyib bir kəs ilə ittihad,Şaki ondan Xosrov, Cəm, Keyqubad

Fa-yi fələk fisq idi, lamı lund,Kafidir fasiq ona payi-bənd

Ləfz fələk tərzini gördük budur,Əksi kəlf, tovqi-mehnət, zülm ü cövr

Söyləmə, Didə, fələyin adını,Təhti-zəmin ərşə əsər dadını

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri