Əfəndim
Dilbər, səninlə meylər içələm,Bu dünya kimsəyə qalmaz, əfəndim.Bu fani dünyada ləzzət çəkələm,Bu dünya kimsəyə qalmaz, əfəndim.
Dünyanın bir adı fanidir, fani,Beş gün qonaq saxlar ancaq insanı,Təxtindən endirmiş çox Süleymanı,Bu dünya kimsəyə qalmaz, əfəndim.
Bayquşların məskəni çöldür əzəldən,Bülbülün dilbəri güldür əzəldən,Atalardan qalma sözdür əzəldən,Bu dünya kimsəyə qalmaz, əfəndim.
Dünyanın bir adı quru qəfəsdir,Ona könül bağlamaq təmam əbəsdir,Bu sözü söyləyən Şah Abbasdır,Bu dünya kimsəyə qalmaz, əfəndim.
Uçurma bülbülü əlində ikən,Qaçırma şahbazı qolunda ikən,Sürə kürdüranı əlində ikən,Bu dünya kimsəyə qalmaz, əfəndim.
Kitabxana.az · https://kitabxana.az/works/el-sairleri-adsiz-efendim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəzərdik küh-səhra seyr edib, ey binəva tülkü,İrişdi sənə dövrandan kənə nagəh cəfa, tülkü.
QardaşımSən təki bir dərdə məndə düşmüşəm,Qoyma acıqlansın ana, qardaşım,
Qara pulDolanım başına, ey gözləri məstan, qara pul,Nə əziz eylədi səni xaliqi-Sübhan, qara pul.
UstalarƏrz idim mən sizə bu ustaların yalanın,Nəhyini əzbər ediblər o əziz Mövlanın.