Dolanım başına, ey gözləri məstan, qara pul,Nə əziz eylədi səni xaliqi-Sübhan, qara pul.

Hər kimin kisəsinə sən girəsən, şad olacaq,Biləcəkdir özünü Xosrov-xaqan, qara pul.

Nə qədər çay ilə qənd ilə dolu idi evimiz,Hər iki gündə dolardı evə mehman, qara pul.

Taki qurtuldu şəkərçay, tükəndi yeksər,Düşdü yar ilə bizim arayə hicran, qara pul.

Dedim: ey dost-əhbab, bizə heç gəlmirsiz?Dedilər: get hələ sən, kəsb elə, qazan qara pul.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə