Ey Qəməndat şəkli cümlə əmir və əyan,Yox imiş gerçəyi aslan təki bir yaxşıca xan.

Canişindir Zəngi Mirzə Əli Sultan bək,İki dünyada ona kim ola Allah kömək.

Biri ol ağası bək işik ağası məlum,Eyləməz bəndəni lütf və nəzərindən məhrum.

Biri İskəndər adı, əsli budur kim laşək,Sağsağan təbi soğulcan sifət və Ləkləkbək.

Eşidib bu sözü Ləklək tökübən əşki-rəvan,Dedi: ay şair, aman, söyləmə əfsanə, aman.

Quşların miskin yəm, zülmdən olmaz xəbərim,Qıçım oxşasa ona kimsəyə dəyməz xətərim.

Məni oxşatma elə tərki-səlat ədbarə,Gənə fil-cümlə onun oxşarı var Hoqqara.

Eşidib bu sözü Hoqqar girib meydanə,O da az qaldı ki hirsindən ola divanə.

Didəi-giryan dedi: ay şair əfsürdə həvəs,Məni oxşatma belə bədsifətə, bəsdir bəs.

O ki bir əyricə çəngəl bağadır halı zəif,Bixəbər söyləməyin qarğadır ol əqli-kəsif.

Ala qarğa o da yaxdı özünü, etdi fəğan,Çəngələ baxdı, çəkildi, eylədi ah və aman.

Məni oxşatma ona, bəlkə edək bir çarə,Adı Ləkləkbək olan oxşayır çox kəftara.

Eşidib bu sözü kəftar çəkib naləvü xuruş,Dedi: ay şairi-müxlis, qulunam halqəbigüş.

Mənə təşbih eyləmə sən elə mərdarı nəhsi,Əflic tazı təki əyridi bəndi bərəsi.

O qutur tazıdı, ya mənə deyərməcə yelək,Nə rəvadır ki mənim adım ola Ləkləkbək.

Dedi tazı: bu nə sözdür ki, ayə əhli-üqul,Bu adı eyləməz əlbəttə ki Multani qəbul.

Kəhlan at tərkinə minnəm eylərəm şiri-şikar,Həşalillah, mən olam elə ləini-mərdar.

Şəxsi-aqildən olubdur ona bir ad nüzul,Qıya kəltən gəlzi ya süyə düşmüş siçaval.

Gəlz ilə siçaval tutdu əzə vü matəm,Bizə bu ad deyilincə qara geysin aləm.

Nə yaraşır sənə, ey əqli səfih divanə,Nayibi-şir şücaətlə girib meydanə.

Boynunu başını qıçacı tutub at çapasan,Piş sərdarda sən rütbeyi-əla tapasan.

Yığılıb aləmi öz üstünə sən güldürdün,Düşübən yadına ilk günün bildirdin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri