Aysu birinci sinifdə oxuyur. Dünən də birinci sinifdə oxuyurdu, bu gün də birinci sinifdə oxuyur, eh... hələ sabah da birinci sinifdə oxuyacaq...

Nə qədər birinci sinifdə oxumaq olar?..

– Aysu, Aysu, dur, səhərdi daha!..

Aysu isə hələ yuxu görür. Görür ki, Cəmiləylə, Əşrəflə, Laləylə, Nərimanla həyətdə top-top oynayırlar, ora qaçırlar, bura qaçırlar...

– Aysu, Aysu, dur, məktəbin vaxtıdı!..

Aysu əvvəlcə gözünün birini açır, sonra o birini açır, atasına baxır:

– Mən yorulmuşam... – deyir.

– Yorulmusan?

– Hə! – deyir Aysu. – Yuxuda çox qaçmışam, yorulmuşam...

Bax, beləcə yorulandı Aysu.

Yuxuda o qədər ora-bura qaçır, o qədər top-top oynayır ki, səhər məktəbə getmək üçün durmaq lazım olanda da beləcə yorulur...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, 7

O gözəl tirmənin naxışları, elə bil, Qarabağ dağlarının rəngindən, ətrindən xəbər verirdi...… Tuba xanım bir-iki qaravaşı ilə döşəkçənin üstündə oturub o tirmənin naxışlarını toxuyurdu…

1 dəq
Birinci hissə, 8

Bir nəfər Şuşanın sal daşdan salınmış və gecənin qaranlığında tamam kimsəsizləmiş küçəsi ilə tələsik addımlarla addımlayırdı.O, küçəni burulub xəfif ay işığında qaraltısı aydın seçilən köhnə Alban kilsəsinin xarabalığına tərəf getdi və kilsənin girəcəyində qəfildən qaranlıqdan çıxan bir adam onun qarşısını kəsdi:

9 dəq
Birinci hissə, 9

İbrahim xanın kiçik uşaqları – Abbasqulu ağa, Səltənət bəyim, Hacı Hacan ağa, Əli ağa və başqa uşaqlar bağçadakı yelləncəklərdə oynaşırdı və dünyanın əbləh işlərindən, əlbəttə, xəbəri olmayan bu uşaqların hay-küyü bütün bağçanı başına götürmüşdü.… Ağabəyim Ağa bir kənardakı kiçik mizin arxasında oturub nəsə – güman ki, şer – yazırdı və burası da bağçanı bürümüş o gün işığı kimi aydınca görünürdü ki, uşaqların o qayğısız çığır-bağırı, o gözəl haray-həşiri ilə Ağabəyim Ağanın o dəmdəki hissləri, fikirləri arasında çox həzin bir təzad var.

2 dəq
Birinci hissə, 10

5 mart 1803–cü il. Paris. Birinci konsulun iş otağı.Birinci konsul Napoleon Bonapart divanda, Rusiyanın Fransadakı səfiri onunla üzbəüz kresloda, xarici işlər naziri Taleyran isə yandakı kresloda oturmuşdular.

3 dəq

Başqa şairlərin şeirləri