Abbas Mirzə at belində və bir neçə atlının əhatəsində düşərgənin qarşısında dayanmışdı.

Yağış yağmağa başlamışdı, amma Abbas Mirzə də, o biri atlılar da qətiyyən bunun fərqində deyildi.

Gözlərini uzağa dikmiş Abbas Mirzə fikirli və qayğılı idi.

Bu vaxt onlara tərəf çapan bir atlı göründü.

Bu atlı Pirqulu xan idi.

Pirqulu xan çapıb Abbas Mirzənin qabağına gəldi və həyəcanla:

– Naibüssəltənə! Naibüssəltənə! Evimiz yıxıldı!– qışqırdı.– Kafirlər hücuma keçib. Bizimkilər qaçır. Gəldim ki, cənabınızı xəbərdar edim, sizi xilas edək, Naibüssəltənə! Amanın bir günüdü! Sizə xətər toxunmasın!

Abbas Mirzə:

– Pədər-süxtə!–qışqırdı və bir göz qırpımında yəhərin kənarından qamçısını çəkib Pirqulu xanı sifətindən qamçıladı.– Pədər-süxtə! Məni xilas edənə bax! İt oğlu, it! Zənən kimi qaçıb gəlib ki, Naibüssəltənəni xəbərdar etsin!.. İt oğlu, it!..

Abbas Mirzə Pirqulu xanı dəlicəsinə qamçılayırdı…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri