27 iyul 1805-ci il. Qazax yaxınlığındakı Zəyəm kəndinin

ətrafı.

… İran qoşunları ilə rus qoşunları arasında şiddətli döyüş gedirdi.

… Topçular, piyadalar, süvarilər – hamısı bir-birinə qarışmışdı.

… Toplar atılır, atlar şahə qalxır, qılınclar toqquşurdu.

… Hər iki tərəf ölürdü və öldürürdü.

… Rus zabitlərinin əhatəsində dayanmış general Portnyakin göstərişlər verirdi. … At belində ora-bura vurnuxan Pirqulu xan əlinin işarəsi ilə İran süvarilərini döyüş meydanına göndərirdi:

– Haydı, igidlərim!.. Allah bizimlədi!..

… İranlı süvarinin qılıncı piyada soldatın başını yarıya böldü:

– Al, kafir it oğlu!.. – Sonra əyilib qılıncı o biri soldatın qarnından üzüyuxarı çəkdi: – Bu da sənin payın!..

… Soldat süngünü İran sərbazının qarnına soxdu:

– Tufu, bezbojnik! – deyib onun cəsədinə tüpürdü.

… Hər iki tərəfdən atılan top mərmiləri döyüş meydanında partladıqca, süvarilər də, atları da, piyadalar da qırılırdı.

… Və bu vaxt general Portnyakin yerində səndələdi.

Qışqırıq qopdu:

– Qenerala ranili!

General Portnyakinin ətrafındakı zabitlər onu qucaqlarına alıb yerə uzatdılar.

Generalın mundirinin yaxası qana bulaşmışdı.

Zabitlərdən biri onun mundirinin yaxasını açmaq istəyirdi.

General gözlərini açıb:

– Lazım deyil, polkovnik Koryagin…– dedi.– Bu ölümcül yaradı…– Sonra polkovnikin qollarına söykənib bir az dikəldi və xırıldaya-xırıldaya: – Mən Rusiyada ölmək istəyirəm!..– dedi və xırıldayan səsini bir az da ucalda bildi.– Eşidirsiz?.. Mən anamız Rusiyada ölmək istəyirəm!.. Rusiyada…– Və generalın başı sinəsinə düşdü. Polkovnik Koryagin general Portnyakini ehtiyatla yerə uzatdı və onun gözlərini qapayıb ayağa qalxdı, bir müddət generala baxdı, sonra qılıncını sivirib irəli cumdu:

– Vperyod!.. Za matuşku Rossiyu, za imperatora, vperyod!..

… Ruslar hücuma keçmişdi…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci fəsil

Qar yağırdı.Altı gündən sonra, təzə – 1985-ci il gəlirdi, bayaq televizorda deyirdilər ki, Tomsk vilayətinin Kolpaşeva rayonunda 38 dərəcə şaxta var, Yakutiyada isə şaxta 55-i keçib, amma Bakıda bu qış birinci dəfə idi ki, qar yağırdı, o da əməlli-başlı qar deyildi, səki boyu düzülmüş tut ağaclarının budaqlarına düşüb su damcısı olurdu, yerdə, yəni asfaltın üstündə də qalmırdı, təkcə ağacların dibindəki torpaqda bir qat çox narın qar ağarırdı.

15 dəq
İkinci fəsil

Şair Səlim Sürəyya keçən il Türkiyədən gətirdiyi (ora yaradıcılıq ezamiyyətinə getmişdi) kürkü çiyninə salıb «Sağlamlıq» restoranının qabağında var-gəl edirdi; beş dəqiqə bundan əvvəl məclisdən qalxıb su başına çıxmışdı və təzədən məclisə qayıtdığı zaman restoran dəhlizinin geniş pəncərəsindən get-gedə bərkiyən qarı görəndə, neçə müddətdən bəri təbiətin qoynunda olmadığı üçün özünü saxlaya bilmədi, asqıdan kürkünü götürüb çiyninə saldı və isti yeməklərin, konyakın, gözəl sağlıqların səbəbindən içəridən buğlana-buğlana küçəyə çıxdı.Səlim Sürəyya hələ lap balaca ikən atası onu və anasını atıb, gedib başqa bir rayonda arvad almışdı və anası Səlim Sürəyyanı təkbaşına böyütmüş və Səlim Sürəyya da böyüyüb şer yazmağa başlayanda heç sifətini də yadına gətirmədiyi atasının yox, anası Sürəyyanın adını özünə təxəllüs götürmüşdü. Əlbəttə, arvad adını özünə təxəllüs götürmək çoxunun gülüşünə səbəb olurdu, amma Səlim Sürəyya həmin istehzalardan, gülüşlərdən, yuxarıda dayanırdı, çünki əsl sənətkar həmişə dedi-qodu söhbətlərindən, hisslərindən yüksəkdə dayanmağı bacarmalıyıdı və bu minval ilə bir müddət keçəndən sonra oxucuların və ən başlıcası isə, həmkarlarının qulağı bu ada öyrəşdi.

26 dəq
Üçüncü fəsil

Eyvanı, aşağı tərəflərdə görünən binaların damını, həyətdəki ağacların budaqlarını qar bürümüşdü və o qarın ağlığı gecə vaxtı pəncərələrdən düşən, həyətdə yanan işığın altında, nəsə, bir arxayınçılıqdan xəbər verirdi; düzdü, möhkəm qar yağırdı, külək bərkimişdi, amma elə bil ki, hər tərəfi bürümüş o qarın ağlığında heç bir pis iş ola bilməzdi.Bütün bunlar belə idi, o soyuq havanın təmizliyi Züleyxanın içinə bir təzəlik hissi gətirirdi, o qar ağlığında nəsə bir sevinc, bir nikbinlik var idi, amma bütün bunlarla bərabər, Züleyxanın ürəyində yüngül bir nigarançılıq baş qaldırmışdı: Əlipaşa iki saatdan artıq idi ki, evdən çıxmışdı, hesabla rəngli televizoru çoxdan gətirməli idilər, indi dükanlar da daha bağlanmışdı. Gülzar da, Süsən də, məktəbdən qayıdıb gəlmiş Sona da, Suğra da dəqiqədə bir: – «Bu papa harda qaldı e, belə?..» – deyə-deyə rəngli televizoru gözləyirdi və Züleyxa tez-tez başına şal salıb, həyət eyvanına çıxıb aşağı boylanırdı ki, görsün Əlipaşagil gəldilər, yoxsa yox?

4 dəq
Dördüncü fəsil

Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.

13 dəq

Başqa şairlərin şeirləri