XXI fəsil
Yavaş-yavaş gün batırdı və Gündüz Kərimbəyli portfelini götürüb qonaq evinin darvazasından çıxanda Mürşüdlə üzbəüz gəldi.
Mürşüd ayaq saxlayıb qonağa baxdı.
Mühüm işlər müstəntiqi uşağın qarşısında dayandı.
Bir müddət onlar bir-birinə baxdılar.
Gündüz Kərimbəyli:
– Sağ ol, Mürşüd, – dedi.
Mürşüd cavab vermədi.
Onlar yenə bir-birinə baxdılar.
Gündüz Kərimbəyli:
– Kibrit kağızı göndərəcəyəm sənə, – dedi.
Mürşüdün gözləri doldu, dodaqları əsə-əsə:
– Dədəmi buraxdır! – dedi.
Mühüm işlər müstəntiqi gözlərini Mürşüddən çəkmədi; onun baxışları açıq-aşkar belə deyirdi ki, sənin nə təqsirin var, evdəki bacılarının, qardaşının nə təqsiri var ki, bu dünyada atasız böyüyəsiz? Atanıza sizin nə deyim mən!..
Gündüz Kərimbəyli əlini qaldırıb Mürşüdün qıvrım saçlarını qarışdırdı və:
– Böyüyəndə çox şeyi başa düşəcəksən! – dedi. – Məni də başa düşəcəksən. Sonra asta addımlarla uzaqlaşdı...
... Və daha sonra qatar qar basmış meşənin səssizliyini poza-poza getdi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-ox-kimi-bicaq-xxi-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xidmətçi İbrahim xanın otağına girib:– Sizin çağrışınızla Vanya yüzbaşı əmrə müntəzirdir, xan sağ olsun,– dedi.
Birinci hissə, 2029 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı.Knyaz Sisianov hərbi məclis çağırmışdı və hisslərini cilovlaya bilməyib həyəcanla danışırdı:
Birinci hissə, 21Cıdır düzündə gözəl bir gün çıxmışdı və gözəl də bir sakitlik var idi.İbrahim xan at belində aramla addımlayırdı, bir az arxadan isə iyirmi-iyirmi beş atlı gəlirdi.
Birinci hissə, 2230 dekabr 1803-cü il. Gəncə.Ay işığında Cavad xan başda olmaqla bir dəstə adam Gəncə qalasının bürclərini gəzirdi.