Bu dünyanı mən təcrübə eylədim,Namərd körpü salsa, onda ad olmaz.Bir mərd ilə ağı yesən – şirindi,Yüz namərdlə şəkər yesən – dad olmaz.

Yadın oğlu yağlı aşa mehmandı,Dar günündə baxarsan ki, usandı,Düşən günü düşman elə düşmandı,Yüz il keçsə, qohum səndən yad olmaz.

Ələsgərin sözün yetir nisaba,Sərf edənlər səbt eləsin kitaba,Heç namərdin adı gəlməz hesaba,Mərd bir olur, onda iki ad olmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri