Xəzərin Mərdəkan sahillərindəBu gün də görünür həmin o daşlar.Balıqlar karvanla üzür dərində,Dayazda daşlaşmış bir xatirə var.

O bura gələrdi əlində tilov,Daşlara bağlayan onu nə idi?Eyninə gəlməzdi nə balıq, nə ov,Bunların hamısı bəhanə idi.

Etina etməzdi yağan qara da,Burda qarşılardı neçə baharı.Elə o zamandan bu daşlara daBelə ad verdilər: Mehdi daşları.

Özü dayansa da bu qayalıqda,Xəyalı uzaqda yelkən açardı.Onun qırmağına düşən balıq daÇox zaman ağzını cırıb qaçardı.

Kiçiyi düşəndə tilova hərdənÖzü buraxardı: “yaşa” deyərdi,Qanı qaralanda onun şəhərdəBurda öz dərdini daşa deyərdi.

Bəzən də göz ilə qaş arasındaDilsiz əsrlərə o at sürərdi.Həmişə özüylə daş arasındaQəribə yaxınlıq, dostluq görərdi.

Oxusan taparsan daş söhbətiniBu gün “Abşeron”da, qızıl “Səhər”də.“Qara daşlar”ın da hekayətiniDeyirlər başlayıb elə bu yerdə.

Onun çox dəyişkən xisləti vardı,Bəzən alışardı, bəzən sönərdi.Gördü ki, bir nadan çox baş apardıKöksündə ürəyi daşa dönərdi.

Görsəydi ayağa salınır sənət,Görsəydi söz gəldi şerin adına —Onu tərk edərdi güzəşt, mərhəmət,O saat minərdi qəzəb atına.

Köksünə odlu dağ bassaydılar daKəsməzdi belə bir vaxtda dilini:Gətirib boğazdan assaydılar daAtası Əliylə oğlu Əlini.

Ən yaxın həmdəmdi bu daşlar ona,Burda tək qalardı xəyallarıyla.Burda yanaşmazdı sirdaşlar onaHəyatın əsrarlı suallarıyla.

Burda açılardı çöhrəsi, eyni,Uşağa dönərdi burda, uşağa.Burda tanımazdı Mehdi Hüseyni,Bu yerdə olardı o, “Mehdi qağa”

Fikirlər gəzərdi çatıq qaşında,Görərdin başqa bir aləmə vardı.Bir fındıq beyinli fındıqbaşın daDərdini bu yerdə o, unudardı.

Onun tanrısıydı söz sənətimiz,O, “mənim” deməzdi, “bizim” deyərdi.(Yazıqlar olsun ki, lap bu gün də bizSağalda bilmirik bu qara dərdi.

Mənə ver, deyirdik, hər nə var, mənə,Hər nə var, deyirik qoy mənim olsun.Xalq deyib, kim girir xalqın cibinə,Ona Mehdi ruhu qoy qənim olsun!)

...Daşlara baxıram, həmin o daşlar...Düşüb pərən-pərən sınıq qoşuntək.Daşlar səksəkədə, daşlar intizar...Elə bil bu saat Mehdi gələcək...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri