Birinci hissə, onuncu fəsil
Səhifə 2 / 2 · 50%
Həbsxana qanunları icazə verməsə də, həddən artıq acıqı gələn məhkumlara Əbdülqadir kişi onun kim olduğunu söyləyir və canlarına vahimə, vəlvələ salırdı.
– O, cəllad Cabbardı.
«Cəllad» sözünü eşidən kimi Yusif qeyri-iradi olaraq dartınıb udqundu, rəngi bir az da ağardı.
– Cəl...lad?
– Hə. İyirmi ildi bu həbsxanada işləyir. O, qanunsuz cəlladların qanuni cəlladıdır. Qatillərin qatilidir. Çox namuslu, çox vicdanlı adamdır. — Yusifə qəribə gəldi ki, işi-peşəsi adam öldürmək olan bir pəzəvəngi üz-gözündən rəhmdillik yağan bir kişi ağızdolusu tərifləyir, onu «çox namuslu, çox vicdanlı» adlandırır.
– O, adamları öldürəndə vicdan əzabı çəkmir? Əbdülqadir dikəlib onun qabağında dayandı:
– Bəs sən necə, günahsız cavanı öldürəndə vicdan əzabı çəkmədin?
Yusif başını aşağı salıb susdu, sonra astadan:
– Mən ağılsız iş görmüşəm, elə bir səhv ki, daha düzəltmək mümkün deyil. İndi də əzabını çəkirəm, — dedi.
Əbdülqadirin ürəyində yenə rəhm hissi baş qaldırdı və bacardığı qədər mehribanlıqla:
– Görürəm... — dedi... — vicdan əzabı və qorxu başını ağardıb.
– Başım ağarıb?—Yusif tələsik sağ əlini başına çəkdi, elə bil, başının ağarıb-ağarmadığını yoxlamaq istəyirdi.
– Hə, ağarıb. Onu da bil ki, təkcə sənin başın ağarmayıb. İndi bax, o çobanın da anasının başı ağarıb. Sənin ananın da, arvadının da başı belə ağaracaq. Ağarmasa da sənin ucbatından onların beli büküləcək, dərd-qəm əlindən çürüyəcəklər. Sən gör neçə adamın bədbəxtliyinə səbəb olmusan. Hələ bilmirsən, səninlə haqq-hesab çürütməli olan cəllad Cabbar nə qədər əziyyət çəkəcək.
– Cəllad Cabbar mənimlə haqq-hesab çəkməyəcək.
– Bəs kim?
– Cahan arvad... naxırçının anası...
– Məqtulun anası, eləmi? Yusif başı ilə təsdiq elədi.
– Fərqi yoxdur, — Əbdülqadir sözlə, qorxu ilə Yusifi öldürdü. — Hər halda səni öldürəcək adam da insandır, o da fikir, əzab çəkəcək.
Ani sükutdan sonra gözətçi Cabbara tərəf işarə elədi:
– Bax, o cəllad Cabbarı görürsən? O, mən deyərdim, dünyanın ən soyuqqanlı bir adamıdır. İnsanın başını sərçə başı kimi üzür. Amma bununla belə o, bir dəfə az qala dəli olmuşdu.
– Çünki, günahsız bir adamı öldürmüşdü. Hakimlər səhv eləmişdilər, yanlış hökm çıxartmışdılar. Əsl qatilin əvəzinə ayrısını, heç günahı olmayan bir cavanı ölümə məhkum eləmişdilər. Cabbar hökmü yerinə yetirəndən beşcə dəqiqə sonra məlum olmuşdu ki, yazığın günahı yoxmuş. Xəbər gəlib Cabbara çatanda onun isti bədəni hələ çırpınırdı. Lakin gec idi, bədəndən ayrılmış başı təzədən yerinə yapışdırmaq, öləni diriltmək, «bizi əfv edin, ağa, sizi səhv öldürmüşük» demək olmazdı. Cabbar bax, bu zaman yamanca sarsılmışdı. Əslində onun elə bir günahı yoxdu, o, ancaq əmri yerinə yetirmişdi, vəssalam. «Ağa dedi sür dərəyə, sür dərəyə». Bununla belə cəllad Cabbar üç-dörd ay şəfaxanada yatdı. Kişi çox əziyyətlər çəkdi. Elə indi də çəkir. Uzun illər keçməsinə baxmayaraq, Cabbar indi də o günahsız cavanı yad edib köks ötürür, deyir:—Yerim cəhənnəmlik oldu, qardaş! Əlim nahaq qana batıb!.
Bu ara həbsxana müdiriyyətinin yerləşdiyi ağ bina tərəfdən gödəkboylu, gödəkbığlı, eynəkli bir kişi ağacın altına gəldi. Bu, həbsxana rəisinin müavini idi. Salamsız-kəlamsız, onların qabağında dayandı. Eynəyinin qalın şüşələri altından Yusifə ani nəzər yetirib, bilə-bilə müttəhimin adını soruşdu:
– Adın nədir, müttəhim?
– Yusif.
– Sən bağışlanmaq üçün ərizə vermişdin? Yusif:
– Mən verməmişdim, vəkilim və qardaşım vermişdi,— deyə Yusif tərəddüdlə cavab verdi.
– Fərqi yoxdur kim yazmışdı... Sən imza eləmişdinmi?
– Hə.
– Ərizəni ali məhkəmə və əlahəzrət qəbul eləməmişlər...
Aralığa vahiməli sükut çökdü. Müavinin də, Əbdülqadirin də nəzərləri Yusifə zilləndi. Elə bil onlar Yusifin bu xəbəri eşidəndə özünü necə aparacağını görmək, müşahidə eləmək istəyirdilər. Lakin Yusifin sir-sifətində elə bir dəyişiklik yaranmadı; hissləri kütləşmiş, bəlkə də artıq ölmüşdü. Ağarmış başını sinəsinə doğru əydi. Müavin mülayim bir səslə sözünü tamamladı:
– Hökm sabah, Ədnan kəndində saat on bir tamamda yerinə yetiriləcəkdir. Ayrı sözünüz yoxdur ki?
Qabaqda yaşadığı bütün illərdən də uzun, əzablı, ölümlü bir gecə vardı....
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-itkin-gelin-birinci-hisse-onuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.
Üçüncü hissə, on üçüncü fəsilCeyhun da, Rəhim də on gün bundan qabaq son imtahanı verib orta məktəbi bitirmişdilər. Rəhim Qızıl medalla, Ceyhun elə-belə. Salman həmin gün evdə yaxşı bir süfrə açmış, Ceyhunun sinif yoldaşlarını evə dəvət etmişdi.Onlar sənədlərini Universitetə vermişdilər.— Rəhim şərq, Ceyhun filologiya fakültəsinə, Rəhim cəmisi bir imtahan verəcəkdi — yoxlama imtahanı, Ceyhun isə hamısını.
Üçüncü hissə, on dördüncü fəsilGülmirənin əli işdən soyumuş, fikri dağınıq olmuşdu. Dindirsən dinir, dindirməsən nitqi tutulmuş adam təki lal-dinməz baxır, şəhərdə, institutda kölgə kimi gəzib dolanırdı. Ən gülməli söhbətləri belə təbəssümlə qarşılayırdı.O, qəbiristanlığa çox getmişdi.— Orxanın məzarı üstünə. İndi də həmin çığırla gedirdi. O cığır Gülmirəni düz Əqdəmin qəbrinin yanına aparıb çıxarırdı, çünki o iki cavan bir-birinin yanında dəfn olunmuşdu. Qəbirləri də eyni cür idi, hasarları da, başdaşları da. Sən demə, yaşıd imişlər. Sevdikləri adam da bir olub — Gülmirə!
Üçüncü hissə, on beşinci fəsilSalman Qurbanzadə ictimai elmlər bölməsinin iclasından çıxanda halı özündə deyildi; ayaq üstə güclə dururdu. Elə pörtmüşdü, elə qızarmışdı ki, sanki indicə hamamdan çıxmışdı, çırtma vursaydın, qanı damardı. Azca əvvəl, akademiyanın geniş, bu başından baxanda o başı görünməyən salonunda onunla bir yerdə, yanaşı oturmuş və necə çırpılıb döyüldüyünün şahidi olan adamların gözündə özünü nikbin, heç bir şey olmamış kimi göstərməyə çalışırdısa da, buna heç cür müvəffəq ola bilmirdi. Belini şax tutmaq istəyirdisə də bacarmırdı: elə bil, içəridən kimsə gözəgörünməz əlilə Salmanı çəkib əyir, uca boyunu balacalaşdırırdı. Baxışı, gülüşü, təbəssümü saxta və süni təsir bağışlayırdı. Bayaq, bölmənin bəzi üzvləri tərəfindən yaxşı-yaxşı «döyüləndə» ağzına su alıb susanların indi zalın qapısı ağzında yaxınlaşıb: «Əşşi, belə şeylərə fikir vermə, qanını qaraltma,» «Darıxma, Salman.», «Sənin də mənim kimi qədrini bilmədilər, ay Salman.» — deyənlərə, artıq əzik-üzük olmuş, ütüsü bu iki saatın içində pozulmuş dəsmalıyla alnının, üzünün tərini silə-silə cavab verəndə qeyri-iradi olaraq səsi tutulur, ilişikli çıxırdı. Bir çoxlarına heç cavab vermirdi, eləcə, mənalı-mənalı baxıb başını asta-asta tərpətməklə kifayətlənirdi.Yox, burada daha dayana bilmirdi: sanki bu boyda foyedə hava yox idi, nəfəsi təngiyirdi. Nəsə danışan, gülən alimlərin səsi onun beynini cırmaqlayır, ürəyinin içini ovurdu və ona elə gəlirdi ki, hamı ondan danışır. Od kimi yanan əlini ikinci mərtəbədən burulub birinci mərtəbəyə uzanan, üstünə uzun xalı salınmış mərmər pillənin soyuq sürahisinin üzərində sürüşdürə-sürüşdürə aşağı enərkən ürəyində, beynində bayaq iclasda «qılıncını siyirib üstünə düşənlərə» indi, daldan atılan daş kimi gecikmiş və mənasız olsa da, nifrətlə, acıqla cavab verir, orada camaatın qabağında ehtiyatdanmı, qorxudanmı deyə bilmədiyi sözləri dilinə gətirir, vaxtında ürəyini boşaltmadığına heyifsilənirdi. Ucaboy, enlikürək, çatma qaşları da qar kimi ağappaq ağarmış həyatında belə yığıncaqlarda başının tükü sanı iştirak etmiş Aslanzadənin özünə məxsus təmkin və yumorla, asta-asta Salmana «yedirtdiyi» sözlər beynində təzədən təkrar olunur, rəhmsizcəsinə vurulmuş zərbə kimi canını, ürəyini ağrıdırdı. Ay allah, bu pillələr niyə qurtarmaq bilmir? Nə uzun imiş bu pillələr? Aha. Şükür, qurtardı, qurtardı. Bu, böyük qapı. Bax, bu da geniş, işıqlı, gəl-gedi çox olan küçə. Ox, hava nə sərinmiş, aman allah. Əl atıb qalstukunu boşaltdı, köynəyinin düyməsini açdı. Və üzü aşağı, Nizami muzeyinə tərəf addımladı. Heç kəsi görmürdü, heç kəsi tanımırdı Salman. Beyni uğuldayırdı, uğuldayırdı: «Demək, belə». Demək Salman Qurbanzadə
Başqa şairlərin şeirləri
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Samovar gərəkDəhrdə arifərə,Çay samovar gərək,
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
GəlmədiYenə bahar gəldi, növbahar oldu,Niyə mənim şux baharım gəlmədi?