Üçüncü hissə, onuncu fəsil
Səhifə 1 / 2
Ağayi Nəcməddin ayaq üstə zorla dayanırdı. Özünü yaşıl rəngli qapıya birtəhər yetirib şişman-kobud barmağını zəngin düyməsinə basdı. Uzun və cingiltili səs otağı başına götürdü. İçəridən tələmtələsik tərpəniş, çarpayı cırıltısı eşidildi. Ağayi Nəcməddinin fikrincə, qapı gərək tez açılaydı. Dünya xanımın bu qədər ləngidiyi olmamışdı. Ağayi Nəcməddinin ürəyinin lap dərinliyində gizlənmiş şübhə hissi əcaib bir ağrı ilə yenə baş qaldırdı: «Bəlkə içəridə ayrı adam var?!» Gözləri axan kişi sağ əlini dal cibində gəzdirdiyi balaca tapançaya toxundurdu və ayıq, soyuq bir mühakimə ilə pıçıldadı: «İkisini də öldürrəm». Ağayi Nəcməddinin yaşı altmışı haqlamışdı. Özündə cavanlıq gümrahlığı hiss etdiyi, gündə iki-üç məşuqəsinin yanında olduğu və hamısının da, könlünü oxumayıb aldığı vaxtlar arxada qalmışdı. Bədəninin əzaları uzun middət işlənib sürtülmüş maşın hissələri kimi yavaş-yavaş laxlayıb əldən düşürdü; bədən illərin yağışı-qarı altında qalmış əzəmətli divar təkin quzulayıb uçulur və əvvəlki görkəmini, davamlılığını asta-asta itirirdi. Daha onu heç bir mahir usta heç nəyin gücünə öz əvvəlki halına gətirə bilməzdi, təmir edə bilməzdi. Bu acı və soyuq duyğu özünü büruzə verdikcə ağayi Nəcməddinin əli-ayağı buza dönür, cavanlığı, milyonların da kücünə geri qaytarmaq mümkün olmadığını dərk edir və acı təəssüflə qüruba doğrü əyilən taleyinə dərin bir sükut içində baxırdı.
Dünya xanım məhz bu zaman — ağayi Nəcməddin öz ürəyində doldurulması mümkün olmayan boşluq hiss etdiyi günlərində ona rast gəlmişdi. Üç il bundan qabağın söhbəti idi. Mötəbər bir qonaqlıqda çoxdan tanıdığı ağayi Siracuddövlə yeyib-içib hallanandan sonra ağayi Nəcməddini kənara çəkib söhbətə tutmuşdu:
– Necəsən, ay Nəcməddin?!
– Birtəhər keçir, ağayi Siracuddövlə!
– Daha bizim tərəflərə heç təşrif gətirmirsən?!
– Daha qocaldıq getdik. Mənim ələyim ələnib, xəlbirim də göydə fırlanır, dostum.
– Əşi, özünü qocalığa qoyma, gəl-get. Bu saat əlimin altında elə qəşəng və cavan qızlar var ki, görəndə adamın ağlı başından çıxır.
Nəcməddin əlini onun çiyninə vurub zarafat etdi:
– Deyirəm axı, ona görə ağlın getdikcə azalır. — Aralarında köhnə zarafatları olduğuna görə Siracuddövlə sözdən alınmadı.
– Ağıl pul qazanmaq üçün lazımdı. Səninlə mən də maşallah, çoxlu pul sahibiyik, bəs dərin surət , ağıl bizim nəyimizə lazımdı? — Sonra o, səsinə ciddi bir ahəng verib: — Doğrudan deyirəm, Nəc- Belə olduqda. məddin, — dedi. — Bu cavan-cavan qızlarnan bir yerdə olmaq, gül ətri verən nəfəslərini duymaq adamın ömrünü uzadır.
– Yox, daha mənim elə yerlərə getmək vaxtım keçib, dostum.
– Əgər istəyirsənsə, — Siracəddin dəllallığını işə salmaq istədi, — istəyirsənsə, sənə bir pişnəhad eləyim.
– O nədir?
– Əlimə bir qız düşüb. Dəreyi-huriyandandı . Su sonası kimi candı, Nəcməddin. Nəfəsinə kişi nəfəsi toxunmayıb!
– Özün də dəyməmisən?
– Yox. Adamın heyfi gəlir ona toxunmağa. Dedim bunu ən yaxın bir adama... «satacağam» — demək istədi, ancaq sözünü tez dəyişib: — verəcəyəm! — söylədi.
Nəcməddin «Dəreyi-huriyan»da dünya gözəllərinin olduğunu bilirdi. Dağlar arasındakı yaşıl vadidə yerləşən tayfanın əndamlı, qələmqaşlı, püstəağızlı, qaragöz qızları bütün məmləkətdə məşhur idi. Varlı-karlı adamlar evlənəndə, ya oğlanlarına qız alanda bəzən çox baha olduğuna baxmayaraq «Dəreyi-huriyana» gedir, seçib-sonalayıb bəyənirdilər.
Siracəddinin dediyi qızın «Dəreyi-huriyan»dan olması Nəcməddini şirnikləndirdi. Kişinin sönüb öləzimiş hətavəsi közərib işıldamağa başladı. Təbiətən arif olan Siracəddin dilini işə saldı:
– Dosta qismət olmalı şeydi, Nəcməddin. Mənim heyfim gəlir, onu hər itə-qurda yem eləyim. Adamın vicdanı yol vermir.
Nəcməddin ürəyində dedi: «Qoca tülkü, səni tanıyıram. Pul qazanmaq istəyirsən. Sənin pula hərisliyin qadına-qıza olan hərisliyindən qat-qat itidir. Yoxsa indiyə qədər o qızı vəhşi kimi didib parçalamışdın, o bəzəkli otaqlarında çürüyən onlarla qızın-gəlinin tayı etmişdin».
– Yaxşı, neçəyə deyirsən?!
– Ay Nəcməddin, indi burda nə qiymət danışaq səninlə? Gərək malı görəsən, sonra qiymət kəsəsən; elə deyil?! «Şənidən key bovəd manədi didən». Sabah gəl. Tamaşa elə. Sonra danışarıq!
– Yaxşı,—demişdi Nəcməddin. Amma sabaha qədər səbri çatmamış, qonaqlıqdan camaat dağılışıb gedəndən sonra özünü saxlaya bilməyib Siracəddinin yanına gəlmişdi. Gecə yarıdan keçmişdi. Nəc- Təklif.
Dəreyi-huriyan — hurilər dərəsi (yer adı).
Eşitmək hara, görmək hara? məddini qapıda görəndə onun çiçəyi çırtlamış, sevindiyindən az qala kişinin boynunu qucaqlayıb öpmüşdü. «Hərifin boş damarını tapmışam. Vurulub deyəsən...» — deyə ürəyində götür-qoy eləyən Siracəddin qonağını içəri dəvət etmiş, xidmətçi qızı yanına çağırtdırıb:
– İçməyə viski aç, meyvə də gətir—demişdi. Şişmiş, yuxulu gözlərini ağasının üzünə zilləyən qız astaca — Beçeşm — deyib gedəndə qapının ağzında onun qulağına nəsə də pıçıldadı, sonra Siracəddin qonağına kreslonu göstərdi.
– Yox, oturmuram
– Oturmasan, inciyərəm, canın üçün. Mənim yanıma gələsən, bir şey içməmiş səni buraxarammı? Özün mənim xasiyyətimi bilirsən.
Nəcməddin doğrudan da köhnə dostunun xasiyyətinə yaxşı bələddi. O buraya istirahət üçün gələnləri əvvəlcə bir piyalə içkiyə qonaq edirdi; adamlardan bunun üçün pul da almırdı. Beyni dumanlanmış müştəri seçib-bəyəndiyi qızın, qadının yanına gedəndə həddən artıq əliaçıqlıq göstərir, yemək-içmək sifariş verir, qıza elə həyətdə, birinci mərtəbədə yerləşən balaca dükandan hədiyyə alırdı. Beləliklə, Siracəddin verdiyi bir piyalə içkinin əvəzini dörd-beş, bəzən hətta on dəfədən də çox çıxarırdı. İçki adamı ürəyiaçıq və səxavətli edir. Bu, Siracəddinə yaxşı məlum idi. Buraya içməyən, necə deyərlər «xalis müsəlman» olan adamlar gələndə Siracəddinin qaşqabağı yer süpürür, imkanı olduqca elələrinin tez çıxıb getməsinə çalışırdı. İndi Siracəddin çalışırdı ki, Nəcməddini də içirtsin; qonaqlıqda içmişdilər. Əvvəlcədən bu qızı ona təklif etməyi planlaşdırmış Siracəddin qənşərində oturmuş Nəcməddinin neçə badə boşaltdığına da diqqət yetirmiş, fürsət düşdükcə özü də bu və ya digər sağlığa badə qaldırmağa məcbur etmişdi. Əsl mətləbdən xəbəri olmayan Nəcməddin badəni-badə dalınca başına çəkmişdi.
Siracəddin qızın gətirdiyi viskidən iki piyalə doldurub:
– Sənin sağlığına, Nəcməddin! — demişdi və hər ikisi içmişdi.
– Bəs nə oldu sənin bu qızın? Onun gəldisi şah gəldisinə döndü ki? — deyə Nəcməddin səbirsizlik göstərməyə başlamışdı.
– Bir dənə də vuraq. Qonaqlıqda adam çox idi deyə, ürəyim istəyən qədər içə bilmədim. Fikir verirdim, sən də doyunca vurmadın.
– Yox, daha bəsdi.
– Birini də içək. Tökdü. İçdilər,
– Bura çağırtdırım, ya otağında baxarsan?!
– Harda olur-olsun.
– Otağı yaxşıdı.
Dəhlizə çıxdılar. Alaqaranlıqda sola yeridilər. Sirac əlində oynatdığı açarların birini seçib qapının ağzında dayandı. Qapını açdı.
– Sən girmə içəri, — Nəcməddin dedi.
– Yox, səni tək buraxmaram.
– Qorxma.
– Sənin sözünə qulaq asmaz.
– Asar.
– Asmaz deyirəm.
İçəri girdilər. Siracəddin işığı yandırdı. Pəncərənin ağzına qoyulmuş ipək yorğan-döşəkli çarpayıda ürkək ceyran baxışlı qız səksəkəli halda başını qaldırdı. Qara saçları balışın üstünə dağılmışdı. Sifətinin ağlığı balışın ağlığından seçilmirdi. Üzündə silinməz qorxu və təlaş həkk olunub qalmışdı.
Nəcməddin dumanlı baxışlarını onun sifətinə zillədi — göz qırpmadan baxdı, baxdı. Siracəddin Dünyaya baxmırdı, ona çox baxmışdı. O bu dəqiqə Nəcməddini izləyirdi, müəyyən etmək istəyirdi ki, xoşuna gəlir, ya yox? Nəcməddinin baxışları qızın gözlərindən dodağına, buradan da ağ gərdəninə sürüşəndə Siracın amiranə səsi eşidildi:
– Dur ayağa, qız.
Qız sanki əcnəbi dilində deyilirmiş kimi, bu sözlərdən qımıldanmadı. Siracəddin təkrar etdi:
– Deyirəm dur ayağa. Qızın ağlar səsi eşidildi:
– Paltarım yoxdu, ağa...
Buraya düşən qızlar ilk aylarını alt paltarsız gecələyirdilər. Siracəddin qorxurdu ki, onlar özlərini asıb öldürə bilərlər. Yerə girəndə xidmətçi qadın yanına gəlir, onu anadangəlmə soyundurur, paltarını götürüb gedirdi. Səhər gətirib verirdi.
– Eybi yoxdur, qız. Burda özgə adam yoxdur.
– …
– Çox gözləyəcəyik?
Qızın kölgəli gözlərində yaş gilələndi və güclü çırağın işığı altında almaz dənəsi kimi parıldadı.
– Qorxma, heç bir şey olmayacaq. Kişi sadəcə baxmaq istəyir. Yaş qızın gözlərinin bulaqlarından yuvarlandı. Bu ara Nəcməddin kəskin bir hərəkətlə Siracəddinə döndü:
– Çıx burdan.
– Mən?
– Hə, sən. Tez çıx burdan.
Siracəddin zabitə ilə deyilmiş bu sözlərin müqabilində heç nə söyləyə bilməyib kəkələyə-kəkələyə çıxdı.
Nəcməddin qapını içəridən cəftələdi... Ovsunlanmış təki ağzında dili hərlənmədi; yox, o belə gözəl görməmişdi. Addım-addım yaxın gəldi.
– Ağa, səni and verirəm allaha, mənimlə işin olmasın.
– Bəs bu qoca qurd sənə toxunmayıb? Qız başını buladı.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-itkin-gelin-ucuncu-hisse-onuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sakit hər gün, tənəffüs vaxtı, beşinci mərtəbədəki şöbəsindən hiss olunmadan çıxar, akademiyanın yaşıllıq içində göz oxşayan həyətində, akasiya ağaclarının altında tək-tənha gəzinər, ya da böyük hovuzun sağında, solunda — harda boş yer olsaydı — oturar, dincələr, düşünərdi. Otaqdakı söz söhbətlər, telefon danışıqları, gəl-get ona mane olmazdı — səhərdən, işə gələndən stolunun arxasına keçib oxuyar, yazar, bir dəqiqəsini boş keçirməzdi. Fasilə vaxtınacan əməllicə yorulardı, tələsik bufetə düşər, yüngülcə nahar edib gəzintiyə çıxardı. Bu, uzun illərin adətiydi. Sakit təkcə ətrafındakıları yox, bir psixoloq kimi, özünü də kənar adam gözü ilə müşahidə, təhlil etməyi xoşlardı. Çoxdan, yazı-pozuya meyl elədiyi tələbəlik illərindən bu şəhərdə Sakit adında, bir pasport altında iki adam yaşadığını duymuşdu, anlamışdı. Biri hamının — tələbə yoldaşlarının da, müəllimlərinin də, sonra akademiya həmkarlarının və daha sonra isə ailəsinin də tanıdığı, sadə geyinən, az dinib, az danışan, daha çox dinləməyə həvəs göstərən, aza qane, gözü-könlü tox, işləməkdən, mütaliədən əvəzsiz zövq alan Sakit idi. Bu, Sakitin zahiri idi, gözə görünən tərəfi idi və bunu hamı görürdü. Ancaq elə o Sakitin içərisində, o adda, o ünvanda yaşayan ikinci bir Sakit də vardı — bu Sakiti tək özü tanıyırdı, yaxşı cəhətini də, pis cəhətini də yaxşı bilirdi. Bu Sakit — düşünən Sakit idi, hər şeyin dərdini — özünə dəxli olmasa da, — çəkən Sakit idi və bu mənada onun boş, qayğısız, fikirsiz keçən bir dəqiqəsi də olmamışdı. Bu, haradasa onu bezdirirdi, usandırırdı, öz sənətinə hərdən nifrət eləyirdi — çünki əzablı sənət idi — kitab yazırdı, beynini, qəlbini düşündürən fikirləri kağız üzərinə töküb canlandırırdı, o kitabı oxuyanlar, bəyənənlər tərifli sözlər də deyirdilər. Lakin onlar yalnız bu kitabı görürdülər, onun dünyaya gəlməsi üçün çəkilən əzabları, içini — ürəyini yediyi anları görmürdülər, görə bilmirdilər. Əslində o, zahirən bu aləmdə yaşayırdı; işə gəlir, evə gedir, arvadı-uşağı ilə danışırdı, amma həqiqətdə isə o, yazdığı dünyada olurdu fikrən, adamlarla oturub-durur, dərdini-qayğısını çəkir, onlar xoşbəxt olanda o da xoşbəxt olur, öləndə o da ölürdü. Son əsərini on yeddi ilə yazmışdı. Akademiyaya gələndən azı — üç il sonra kənd həyatından qələmə almağa başladığı həmin əsər nədənsə yaman uzanmışdı, bütün bu illər ərzində o, fikrən qəhrəmanlarının yanında olmuşdu, onlarla yaşamışdı. Kitabın son fəsillərini uzun müddət yaza bilməmişdi, daha doğrusu, yazmaqdan qorxmuşdu — çünki sonuna nöqtə qoyandan sonra onlardan — düz on yeddi il qəlbində, xəyalında, yuxularında gəzdirdiyi o sadə, mehriban adamlardan ayrılacağından, uzaq düşəcəyindən qorxmuşdu. Aylar, illər keçmiş, sonra o, içində işlədiyi bu maraqlı aləmə qayıtmışdı və ətrafına baxdıqca yazmalı, deməli çox şey olduğunu anlamışdı: uzağa getmək lazım deyildi. Bax, elə günün səkkiz saatını bir yerdə işlədiyi bu adamların hərəsinin həyatı bir roman idi. Burda çox düşünmək, əhvalat axtarmaq, yaxud quraşdırmaq lazım deyildi. Bu adamlar onun gözünün qabağındaydı — xasiyyətləri, simaları, taleləri ilə. Və zahirdə hər kəsə, hər şeyə sakit, biganə baxışlarla nəzər salıb susan Sakitdən fərqli olaraq əsl Sakit, birinci Sakitin içərisində yaşayan ikinci Sakit bu kollektivin maraqlı, ziddiyyətli romanını gecə-gündüz beynində dolandırırdı. Bu Sakit Salman Qurbanzadənin, Nadirə xanımın elm aləmindəki mövqeyi, ailə həyatı, bu yaxınlarda evə soxulmuş oğrular tərəfindən vəhşicəsinə öldürülmüş cavan Ceyhun haqqında, ərini və sevgilisini dalbadal itirmiş Gülmirə barədə, hamının «Dombagöz» adlandırdığı gənc şair İltifat, Sarışın, təzə direktor olandan sonra buynuzları çıxan Nurəddin Osmanzadə, onun toruna düşüb təmiz adını ləkələyən qəşəng Şərifə xanım, qəlbi kobudcasına sındırılmış əziz müəllimi Aslan Aslanzadə və başqaları haqqında gecə-gündüz düşünür, yazacağı kitabı söz-söz, fəsil-fəsil beynində, qəlbindətikib qururdu. Gözünün qabağında gündə səkkiz saat gəzib işləyən, hər birinin öz xasiyyəti, dünyası olan bu adamlar artıq onun ürəyinə köçmüşdü — bunlara o, öz qəhrəmanları kimi baxırdı — yaxşı, mərdanə hərəkətlərini görəndə bir qayğıkeş ata kimi sevinirdi, pislik, nadanlıq, qəbahət, dosta xəyanət, ailəyə dönüklük görəndə, hiss eləyəndə pərt olur, dərd çəkirdi. İş vaxtı qurtarıb hərə öz evinə-eşiyinə çəkilib gedəndən, Sakit də axşam yazı masasının arxasına keçəndən sonra, yenə onlar barədə fikirləşirdi. İkiqat yaxın, ikiqat doğma olmuşdular ona bu adamlar; acığı gələnləri də vardı — ancaq onlar haqqında da qəlb ağrısı ilə düşünürdü Sakit. Bu idi ikinci Sakitin gözəgörünməz dərdi, qayğısı. Sanki kimsə, rəsmi surətdə yox, elə belə, möhürsüz, əmrsiz Sakiti bu kiçik kollektivin ağsaqqalı, böyüyü təyin eləmişdi. Makinaçılardan tutmuş lap direktorun özünə qədər hamı üçün cavabdeh hiss eləyirdi özünü. Fikrən, xəyalən onların hər birisinin həyatı, xasiyyəti, rəftarı, əxlaqı barədə, jurnalist və tədqiqatçı dostlarının dediyi kimi, o qədər «material» todlamışdı ki, əgər şirin yuxudan qaldırıb kiminsə haqqında məlumat və ya xasiyyətnamə istəsəydilər, Sakit tərəddüd etmədən, çətinlik çəkmədən, gözüyumulu deyərdi, yazıb verərdi — hətta onun «pərdə arxasındakı» həyatını da işıqlandırardı. Hətta adamın bir sirr kimi qəlbinin dərinliklərində gizləməyə çalışdığı, məhrəm fikirlərini də kağıza köçürərdi. Və buna o özü də heyrət etməyə bilmirdi. Çünki Sakitə filankəsin filankəsə fırlatdığı bir baxışı tutmaq kifayət idi ki, sevdiyini və yaxud nifrət elədiyini aydınlaşdırsın. Birinin köynəyinin yaxasını çirkli, düyməsini qırıq, dəsmalını əzik görmək bəs idi ki, onun arvadının səliqəsiz olmasını, əri ilə maraqlanmamasını qəti şəkildə söyləyə bilsin. Başqa birisinin müdirə rast gələn kimi, üz-gözünü iyrənc şəklə salan yaltaq təbəssümünü bircə dəfə görmək bəsi idi ki, o adamın şəxsiyyətinin heç-puç olması fikri beynində həmişəlik yurd salsın.
İkinci hissə, ikinci fəsilQurbanzadələr ailəsinin başına gəlmiş gözlənilməz, ağlasığmaz o fəlakətli gündən altı aydan çox keçmişdisə də, nə ata-ana özünə gəlib, toxtamışdı, nə də milis orqanları.Şübhəsiz, itki böyük itki idi, Salmanın, Nadirənin belini sındırmışdı. Nadirənin o dəhşətli mənzərəni — döşəmənin üstündə donmuş qan gölməçəsinin içində üzüqoylu düşüb çoxdan canını tapşırmış madar balasının quruyub qaxaca dönmüş vücudunu görəndən sonra əsəbləri tamam pozulmuşdu; arvad nə dediyini, nə etdiyini bilmirdi. Elə hey ağlayırdı, öz-özünə danışırdı. Ancaq sözünün nə əvvəli vardı, nə axırı. Nə yas yerinə gələnlər, nə də Salman onun dediklərindən düz-əməlli bir şey anlayırdı. Salman dərdinin ağırlığına baxmayaraq, özünü dəyanətlə aparırdı. Onun ağladığını heç kəs görməmişdi. Görünür, göz yaşları qəlbinə axırdı. Lakin buna baxmayaraq, heç kəsin, heç nəyin əyə bilmədiyi, polad iradəsi və nikbinliyi ilə çoxlarının həsəd apardığı Salman özünün də xəbəri olmadan yaman düşmüşdü, qocalmışdı. Təbiətən oğulcanlı olan, «kişi qırığı» böyütmək istəyən, Ceyhunun oturuşu, duruşu, yaşına uyğun olmayan hərəkətləri ilə öyünən, ondan heç nə əsirgəməyən, «qoy ürəyi necə istəyir, elə yaşasın. Mən çox korluq, sıxıntı çəkmişəm, o, çəkməsin» — deyən Salman heç yatsaydı yuxusuna da girməzdi ki, onu belə tez itirə bilər, sevincdən, qürrədən, «düşmən çəpəri»ndən məhrum ola bilər. Arın-arxayın bağdan qayıdarkən «bu arvadın başını kitablar xarab eləyib, Ceyhuna nə ola bilər!» — deyərək Nadirənin yazdığı qısa kağızı cırıb avtobusun pəncərəsindən yelə verən Salman, evə gələndə gördüyü mənzərəni heç cür həqiqət hesab eləyə bilmirdi, bunu yuxu, yaxud nə isə bir qurğu sayırdı. Ancaq bu həqiqət idi və o, özünü nə qədər aldatmağa çalışsa da, həqiqətin buz kimi soyuq üzünü görməli, olub-keçənlərə inanmalı olurdu. Nadirəni ayaq üstə ölmüş görəndə isə kişi əməlli-başlı sarsılırdı; indi Nadirə elə haldaydı ki, onu tək buraxmaq olmazdı. Bu, Salmanı lap təntidirdi.
İkinci hissə, üçüncü fəsilBaşı nə qədər qarışıq, fikri nə qədər dağınıq olsa da, Nadirə xanım bir şöbə müdiri kimi son vaxtlar öz əməkdaşı Elviranın — Sarışının işdən tez-tez qaçdığını, bazarda-dükanda göründüyünü, ən ümdəsi isə çox pərt və pərişan olduğunu aydın hiss eləyirdi. Nadirə xanım Sarışına bacardıqca hörmət eləməyə çalışırdı— çünki onun anasını — hələ tələbəlik illərindən oxuduğu fakültənin baş laborantı olan, gözəl-köyçək Xəncər xanımı yaxşı tanıyırdı. Hətta bir zamanlar rəfiqəlik də eləmişdilər. Adı nə qədər qəribə olsa da, özü çox mülayim və mehriban idi, xəncərlikdən onda heç bir əsər-əlamət yox idi. Onda Xəncər xanım ərdə idi, deyəsən, əgər hafizəsi aldatmırdısa, əri şəhərdə hansı məktəbdəsə dərs deyirdi. Xəncər xanım fakültədə tez-tez ağlardı — rəfiqələrinə öz dərdini söylərdi. Sən demə, uşağı olmurmuş. Əri Usub da uşaq istəyən olduğundan, tez-tez Xəncər xanımı döyür, gah evdən qovur, gah boşamaqla hədələyirdi. Bir sözlə, Xəncərə göz verirdi, işıq vermirdi. Hətta bir dəfə ürəyini Nadirəyə də açmışdı. Nadirə onun sonsuz kədərlə dediyi sözləri dinlədikdən sonra: «Belə yaşamağın nə mənası var? Ayrıl, Xəncər. Sən hələ cavansan, təzədən ərə gedərsən, uşağın da olar. Yoxsa o, belə, sənin ömrünü göy əskiyə düyüb çürüdər» — deyə məsləhət də vermişdi. Ancaq Xəncər xanım, qətiyyətsiz qadın olduğundan, bu mühüm addımı ata bilməmişdi. Evdən soyumuşdu, evdə sevinc yox idi; səadət yox idi; Xəncər fakültəyə ürəkdən bağlanmışdı — bütün günü fakültədə olurdu, kollektivin arasında gərəkli-gərəksiz işlərlə başını qatmağa çalışırdı. Onda kafedra müdiri, məşhur dilçi alim, professor İbrahim Sultanzadə idi. İbrahim Sultanzadə Xəncər xanıma da dərs demişdi, qabiliyyətli olduğuna, gələcəkdə yaxşı tədqiqatçı olacağına inanan İbrahim müəllim, təhsil illəri başa çatdıqda, onu fakültədə hələlik baş laborant kimi saxlatdırdı. Xəncər, özündən iyirmi beş yaş böyük olan İbrahim müəllimə çox hörmətlə yanaşırdı. Bunun bir səbəbi İbrahimin ona yaxşılıq etməsiydisə, digər səbəbi də İbrahimin də övladsızlıq odunda gizli-gizli yanmasaydı.O vaxt danışırdılar ki, İbrahim öz arvadı Leyla xanımı çox sevir, ona görə ondan ayrılmaq, başqa qadınla evlənmək istəmir.
İkinci hissə, dördüncü fəsilMürşüd axşamçağı işdən qanıqara və pərt gəlmişdi. Onun ağ və girdə sifəti — eynən anasının üzünə oxşayan sifəti qaralıb boğulmuşdu. Bərk ac olsa da, yeməyə həvəsi və iştahası yox idi. Samirə xanım, əynində güllü xalat, əlini ağ dəsmalla silə-silə yemək otağının qapısına gəldi və oğluna yemək təklif etmək istədi. Ancaq onun divanda əyləşib gözlərini bir nöqtəyə zilləyərək fikrə getdiyini görərək sözünü uddu. Yaxın gəlib qonur saçlarını tumarladı. Samirə xanım Mürşüdü çox istəyirdi, ərindən də, böyük oğlundan da. Ərinin xasiyyətindən zəhləsi gedirdi — yaşadıqları otuz il ərzində bircə dəfə də olsa üzbəüz oturub adam kimi söhbət eləmək mümkün olmamışdı. Ya dava-dalaş, ya da tam sükut... adi danışıq, dərd-sər eləmək bu evin bünövrəsi qurulandan buradan qaçaq düşmüşdü. Nurəddin öz kabinetində, pəncərəsi dənizə baxan otağında, yazı masası arxasında oturub kitablarla, əlyazmaları ilə danışanda yaxşı olurdu. Vəssalam. Böyük oğlu da özünə çəkmişdi. Eynən atası kimiydi. Gözəl-göyçək arvadı neçə dəfə ağlaya-ağlaya qaynanasının üstünə gəlmiş, «daha mən dözə bilmirəm, bu adam deyil. Meşədən tutulub gətirilmiş meymun bundan qabiliyyətli olar, ya da tez uyğunlaşar. Yox, mən çıxıb gedəcəyəm atamın xarabasına!» — demişdi. Qabiliyyəti, hər şeyin yolunuyolağını yaxşı bilən, ev, ailəcanlı, bir çox xasiyyətlərində Samirə xanıma oxşayan Solmazın halına arvad acısa da, balasının evinin dağılmasından qorxub təşviş içində ona öyüd-nəsihət vermiş, «döz də, qızım. Daha neyləmək olar? Elədiyinə baxma, ürəyi təmizdi uşağımın. Neyniyəsən ki, xasiyyəti it xasiyyətidi — atasına çəkib. Eh, qızım, sən bilmirsən ki, mən bizim bu kişinin əlindən nələr çəkmişəm. Mənim saçlarımın ağaran vaxtıdı? Amma ağarıb! O ağardıb. Adamın qismətinə nə çıxdı, gərək qane olub otursun!» — Söylədikdə gəlin təəccüblə; «Lap səni çürütsə də?» — deyə soruşmuşdu. «Hə, lap çürütsə də, iki uşaqnan hara gedəcəksən? Kim sənə yiyə duracaq? Heç kim!.. Mən də danlayaram, başa salaram, qızım. Sən mənim ağıllı balamsan, razı olma uşaqların arada-bərədə qalsın».Ancaq Mürşüd... Mürşüd Samirə xanımın ürəyi idi. Başıaşağı, qız kimi utancaq oğlan idi. Ana-balanı atanın kobudluğu daha da mehriban eləmişdi, həmsir, həmdərd eləmişdi. Beş otaqdan ibarət bu balaca, cah-calallı dünyada Nurəddin bir despot idi, Samirə və Mürşüd əli-qolu bağlı bir kölə. Sanki onların heç birinin ağız açıb ürəklərindən keçəni Nurəddinə demək ixtiyarı yox idi. Buna bir həvəs də qalmamışdı...
Başqa şairlərin şeirləri
Ey yigidlər sərvəri sərvi-rəvanım qandasınGəl ki yoluñda rəvan oldı rəvanım qandasın
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
TəbrizQollarım dolanar boynuna bir gün,Yenə baş qoyaram dizinə, Təbriz.