Birinci hissə, yeddinci fəsil
Səhifə 3 / 4 · 50%
… Qəribə idi, elə bu anlarda, dəhlizin o başındakı otaqda Sakit ortalıqda gəzinə-gəzinə (hamı tənəffüsə çıxmışdı, təkcə Gülmirə öz yerində oturmuşdu, əli üzündə onu dinləyirdi) danışırdı:
− Ziyalı məsələsi məni çox düşündürür, Gülmirə. Deyəsən, elə ömrümün axırına qədər də düşündürəcək. Qələm sahiblərimizin bəzisi kəndi, kolxozu, kəndli psixologiyasını yaxşı bilir, bəzisi zavodu, şəhəri, fəhlə həyatını. Mən bilmirəm -– xoşbəxtliyimdi ya yox – bu ziyalı problemindən qopub ayrıla bilmirəm. Maraqlı aləmdi, çox maraqlı aləmdi, Gülmirə. Yazılmamış, qatı açılmamış bir kitabdı bu aləm. Ziyalı kimdi? Ziyalı mənim aləmimdə, bir nur parçasıdı, işıqdı, günəşdi. Xalqın düşünən beynidi, görən gözüdü, danışan dilidi, yazan əlidi. Xalqın sabaha, gələcəyə gedən yolu, gecələr stolunun arxasında oturub ürəyini şam kimi əridən ziyalımızın beynindən keçib gedir, gözünün nuru ilə işıqlanır. Tarix boyu o xalqlar ağ günə çıxıb, öz azadlıqlarını, varlığını, mənliyini qoruyub saxlaya bilib, yadların başına qılınc endirib, müqəddəs vətən torpağını gülüstana döndərib ki, ağıllı, uzaqgörən, özü üçün yox, torpağı, milləti üçün yaşayan qeyrətli ziyalı oğulları olub. Bizim xalqımızın dünən də ağıllı, vətəndaş ziyalıları var idi, bu gün də var və mən inanıram, sabah da olacaq… Elmimiz, ədəbiyyatımız, musiqimiz, nəqqaşlığımız dünyaya səs salıb – dünyanın indi harasına getsən, bu xalqın səsini-sorağını eşidərsən və ürəyin dağa dönər. Bunları bizim ziyalılarımız eləyib, Gülmirə. Ona görə, mən ziyalı adı gələndə müqəddəs, fədakar, əlçatmaz, qeyri-adi bir möcüzə göstərməyə, sehrə-əfsuna qadir bir varlıq qarşısındaymışam kimi papağımı çıxardıb min ehtiramla baş əyirəm. Üzeyir möcüzə deyil? Səməd möcüzə deyil? Sənətkar möcüzə deyil? Yusif Məmmədəliyev möcüzə deyil? Adı dünya astrofizika elmində Qalileylə yanaşı yazılan, öləndən sonra eşitdiyimiz Nadir İbrahimov möcüzə deyildi?.. Hansını sayım. Saymaqla qurtarmaz, Gülmirə… - Sakit vəcdə gəlmişdi, saydığı adamların heç birini şəxsən görməmişdi, kəlmə kəsməmişdi, amma elə bil, atası haqqında, qardaşı haqqında, lap onlardan da əziz bir adamı haqqında danışırdı. Danışdıqca mavi gözləri parlayırdı, həzin, ləzzətin ən yüksək məqamına çatmış adam kimi arıq sifəti işıqlanırdı; Gülmirə elə bil nağıla qulaq asırdı – bu şeylər hardasa ona da məlum idi, çox adama məlum idi – yəqin o vaxt Orxan da bunları bilirdi, indi yəqin Salman da, Nadirə də bilir – ancaq indiyəcən onların heç biri hamıya aydın bu həqiqət barədə belə şirin, belə ürəklə danışmamışdı Gülmirəyə. Gülmirə bəlkə həyatında ilk dəfəydi ki, azərbaycanlı olması ilə fəxr eləyirdi – bu ana qədər insan olması ilə, sevməsi ilə, təmizliyi ilə çox öyünmüşdü. Ancaq indi, Sakiti dinlərkən ürəyinə axıb dolmuş iftixar hissi bunların hamısından uca idi, güclü idi, sehrli idi. Heyrət eləyirdi ki, niyə bu vaxta qədər bu duyğu onun qəlbində baş qaldırmayıb, niyə belə məhdud düşüncələr aləminə qapılıb yaşayıb? Niyə? Niyə? Və gör nə qədər adam – lap oxumuş olsun – bu uca hisslərdən uzaq ömür sürüb, yaşayıb, ölüb gedib? Bu ləzzəti dərk eləmədən gedib? Gülmirə bu
fikrin qarşısında dəhşətə gəldi, qorxdu və ani xəyaldan ayrılıb Sakiti qarşısında görərkən bir az toxdadı. Və sonra xatırladı ki, Sakitlə həmişə danışanda, söhbət eləyəndə o, daxilən zənginləşib, hardasa ayılıb, bir şey görüb-götürüb. Təbiətcə çox sakit, adiliyi, sadəliyi ilə başqalarından heç də seçilməyən Sakit hər dəfə Gülmirə üçün yenidən kəşf olunub, təzələnib, seçilib, ayrılıb. Sakit Gülmirənin tanıdığı adamlara əsla bənzəmirdi – hardasa az-çox Orxana bənzəri vardı Sakitin. Həlimlikdə, sadəlikdə, ciddilikdə, qayğıkeşlikdə ona oxşayır Sakit. «Torpağı sanı yaşasın» – deməyi də unutmurdu Gülmirə belə anlarda. O, bunu da özünə yəqin eləmişdi ki, Sakitlə hər dəfə (belə hallar az-az olurdu) bu cür məhrəmanə söhbətlər eləyəndə bir kitab oxumuş hesab eləyirdi özünü. Adi kitab yox, düşünülmüş, ütülənmiş, xəbəri-mübtədası yerində olan kitab yox, həyat kitabı, bəlkə həyatın özünü, böyük dünyanın kiçik bir parçasını görürdü, mütaliə edirdi, qavrayıb düşünürdü Gülmirə. Mənən durulurdu, saflaşırdı. Və bütün vücudunda bir yüngüllük hiss eləyirdi. Elə sanırdı, dünyaya təzəcə gəlib, hələ ömür qabaqdadı, hələ şirin günlər, göz yaşardan sevinclər irəlidədi. Dünya dönüb yaşamalı, doyulmaz olurdu Gülmirə üçün. Onun aləmində Sakitin kitabları da elə idi – özünə bənzəyirdi. Yazılarını oxuyanda o, nəyisə sevirdi – görünür bu, Sakitin özünün də sevdiyi idi – nəyəsə nifrət eləyirdi – görünür, bu da Sakitin nifrət elədiyi idi. Ona görə Gülmirə Sakitin təbiəti ilə kitabları arasında uçurum yox, fərq yox, eynilik, vahidlik görürdü. Sakit necə vardı, eləcə idi, gizlənmirdi, heç nəyini də gizləmirdi. Hərdən Gülmirəyə elə gəlirdi ki, Sakitin beyninin, ürəyinin içini beş barmağı kimi bilir – çünki o, beynindəkilərin, ürəyindəkilərin hamısını, heç bir şeyi pərdəyə bürümədən, məhrəm adamına deyirmiş kimi, kağızın üstə tökür, hamıya söyləyir. Sakitin ürəyi kağızında, Sakitin ürəyi, düşüncəsi dilində, gözlərindədi.
Sakit bir anlığına sözünə ara verərək gəlib pəncərənin qabağında dayanmışdı. Küçəyə, həyətə, çarhovuza tamaşa eləyirdi, sanki dediklərini həzm eləmək üçün, düşünmək üçün Gülmirəyə imkan, vaxt vermək istəyirdi. Əlləri ciblərində idi Sakitin. Kürəyi şax idi, saçlarına dən düşmüşdü. Çiyinləri aramla, asta-asta qalxıb enirdi. «Görəsən Sakitin arvadı necə adamdı? Gözəldimi, ağıllıdımı, başa düşürmü Sakiti? Belə kişinin arvadı xoşbəxt olmalıdı. Onunla yüz il qoşa, yanaşı yaşamaq olar, amma yorulmaq, bezmək, usanmaq olmaz». – Gülmirə belə fikirləşdiyindən səksəndi. Nə üçünsə, çox zaman ona elə gəlirdi ki, Sakitdə adamın düşündüklərini, ürəyini oxumaq qabiliyyəti var. O, adamın üzünə baxmasa da, beynindən keçənləri duya bilir. Ona görə də, Gülmirə, Sakit barədə, arvadı barədə içində doğan sualları boğmaq, özündən uzaqlaşdırmaq üçün stolunun üstdəki kitabı qabağından götürüb o yana qoydu, içində aşdım-daşdım gülləri olan güldanın yerini dəyişdi. Ancaq Sakit haqda düşüncələrini ürəyindən qova bilmədi. Yaxşı ki, Sakit özü ona kömək elədi. Elə bil bunu duymuşdu – geri çevrilib yavaşdan:
− Sənin xəbərin var, akademiyanın bağına – bizim bu Nəsir bağına hardansa qumrular uçub gəlib. Hələ bir dənə də qaratoyuq gəlib. – dedi.
Gülmirə Sakitin danışdığına sevinib:
− Hə? Mən heç qumru, qaratoyuq görməmişəm! – deyərək ayağa qalxdı.
− Sən şəhər uşağısan, qumrunu, qaratoyuğu harda görə bilərdin ki. – deyə Sakit ilıq, isti bir təbəssümlə gülümsündü – Bəri gəl, bax!
Gülmirə onun yanına gəldi, böyründə dayandı:
− Ora bax, fəvvarənin yanındadı ikisi. Bax, iki yaraşıqlı, xıneyi rəngli quş qumrudu.
− A, a, nə gözəldilər, Sakit!
− Hə. Bax, o şam ağacının böyrünə bax – o, sağ əlini uca şam ağacına tərəf uzatdı – onun dibinə bax – o qara quşu gördün?
− Hə, hə, gördüm.
− Bax, o da qaratoyuqdu. Qəribə oxumağı var onun!
− Bu quşlar şəhər quşu deyil, Gülmirə. Onlar bilirsən buraya niyə gəliblər?
− Yox.
− Əlbəttə, səni, məni sevindirmək, gözümüzü-könlümüzü oxşamaq üçün gəlməyiblər. Onlar yaşamaq xatirinə gəlib bu Nəsir bağına.
Gülmirə gözlərini quşlardan çəkmədən:
− Başa düşmədim. – dedi. – Necə yəni yaşamaq üçün?
− Hə. Sən bilməzsən bunu, Gülmirə xanım. – Sakit ah çəkdi – Onlar zəhər əlindən qaçıblar, Gülmirə.
− Necə yəni zəhər? Kimdi ki, onları zəhərləyən?
− Heç kəs. Biz özümüz. Pambığa zəhər vururuq – sovkanı
– pambıq qurdlarını öldürmək üçün. Bunu ki, bilirsən?
− Hə, eşitmişəm.
− Bax, həmin zəhərdi bunları təbiətin geniş və azad qucağından, yaşıl dağlardan, meşələrdən didərgin salan, Gülmirə. Kimdi hesablayan? Yəqin bu quşların çoxu tələf olub gedib. Bəli, biz təbiətə qarşı qəribə olmuşuq. Bir əlimizlə əkirik, qoruyuruq, cavanlaşdırırıq, o biri əlimizlə bax, beləcə məhv eləyirik.
− Olmaz ki, o zəhəri vurmasınlar pambığa?
− Onda qurd pambığın axırına çıxır, Gülmirə. Camaatımızın zəhmətini, əməyini heç eləyir. Sən ayrı şey de: alimlərimiz fikirləşib bir başqa çarə tapa bilməzlərmi? Axı bizim yaxşı təbiət alimlərimiz var!.. Təşəbbüs yoxdur, bax, əsas məsələ budur. Hər il milyonlarla pul o zəhərə, təyyarəyə, benzinə məsrəf olunur – pambıq qurdunu məhv etmək üçün. Qəribədi, bu pambıq qurdu elə bil o zəhərə alışıb, öyrəşib – daha zəhər onu öldürmür. Sonra biz məcbur oluruq uşağı, böyüyü – hərəsinin əlinə bir butulka verib qurdu yığmaq üçün tarlalara çıxardırıq. Pambıq qurdunun bax, bu boyda – Sakit dırnağını göstərdi – o həşəratın hər birinə on qəpik pul xərcləyirik – milyonlar da burdan gedir. Bu, məsələnin maddi tərəfi. Başqa, daha mühüm bir ziyan da verir o zəhər, o pambıq qurdu. Bilirsən nədi o?
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-olum-yoxdur-birinci-hisse-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yusifin ili çıxmışdı. Ehsanını da vermişdilər. Səbihə arvadla olan söhbətdən sonra Əfsanənin ürəyində, beynində bir qarışıqlıq, narahatlıq yaranmışdı. Ruhi, mənəvi sıxıntıların əzib-solğunlaşdırdığı, taleyinin həmişəlik qara dumanlara büründüyünü zənn edib düşkünləşən, həyatda hər şeyə qarşı marağını itirən gəlinin tutqun fikirlərinə qayınanasının o vaxtkı sözləri sanki nur səpələmişdi. Demək, hələ hər şey qurtarmamışdı. Bu fikir onun özünün kimsəsizliyi, gərəksizliyi haqqındakı düşüncələrinə son qoymuş və gəlində bir canlanma, dirçəliş əmələ gətirmişdi. Birdən-birə alovlanıb şahə qalxmış, sonra birdən-birə rəhmsizcəsinə üstünə su çilənib söndürülmüş duyğuları, o anlaşılmaz, şirin, əzablı duyğuları yenidən baş qaldırmışdı.Əfsanə indi vaxt-bivaxt Elməddin barədə düşünməyə başlamışdı. Aşkarda qayınanasının yanında o, Elməddinlə danışıb kəlmə kəsə bilmirdi, amma ürəyində həmişə onunla həsbi-halda idi. Elməddini görən kimi, lap qız vaxtlarında olduğu təki uçunur, özünü itirir, qızardığını hiss eləyirdi. Qeyri-iradi olaraq, ürəyi sevinc qarışıq bir qüssə ilə dolurdu. Elməddindən mehriban, xoş söz eşitmək istəsə də, o, daş kimi susurdu. Susmağı o yana qalsın, kirpik qaldırıb, ona baxmaq da istəmirdi. Dəftərxanaya gedir, evə qayıdır, Əfsanəyə isə məhəl qoymurdu. Elə bil o burada yox idi. Bu, Əfsanəni yamanca sıxırdı. Bəlkə o, qardaşının dul qalmış qadınına evlənməyəcəkdi. Beləcə qeyri-müəyyənlik içində günləri, həftələri, ayları yola salır, gələcək taleyini dumanlıqlar içində görə-görə yaşayırdı.
İkinci hissə, altıncı fəsilGünlərin birində, səhər yeməyini yeyib hərə öz işinin dalınca gedəndən sonra Nazənin doqqazda göründü. Qəm-qüssə əlində ürəyi sıxılıb havası çatışmayan, dərdləşmək, məsləhətləşmək üçün yanında canıyananı olmayan Əfsanə Nazənini görəndə anası gəlmiş körpə uşaq kimi sevindi. Kövrəlmiş Əfsanə Nazəninin qabağına qaçdı, qolunu boynuna salıb o üzündən-bu üzündən hərarətlə öpdü; səkidəki həsirin üstünə döşəkcə, mütəkkə atdı, əziz qonağı kimi əyləşdirdi. Əslində ona Nazənin anadan, bacıdan əskik deyildi. Nazənin bu yaşda cavanlar üçün az görünən mehribanlığı, istiqanlığı ilə Əfsanənin ürəyində yetimliyin yaratdığı boşluğu müəyyən dərəcədə doldurmuş, sınıq könlündə işıqlı bir inam doğurmuş və beləliklə onu həyata bağlamışdı.– Allah səni hayandan yetirdi, bacı? Yamanca darıxmışdım. Ürəyim hövl eləyib partlamaq istəyirdi.
İkinci hissə, yeddinci fəsilElməddin pəncərənin qabağında dayanıb çölə baxırdı. Hər yan ağappaq ağarırdı. Ağaclar, damlar, hasarlar qar altında qalmışdı... Heç təsəvvür eləmək olmurdu ki, bir gecə ərzində yerə bu hündürlükdə qar düşsün. Amma düşmüşdü. Ədnan camaatı çoxdan belə yağıntı görməmişdi.Kənddə ölü bir sükut hökm sürürdü. Elə bil, qış canlı olan hər şeyi dondurub susdurmuşdu. Mal-qara tövlədə idi, adamlar evlərdən çıxmamışdı. Uca çinarların başında oturmuş qarğaların, pəncərə qabağına qonub cikkildəşən sərçələrin səsi Elməddinin ürəyində kövrək bir hiss doğurur, onsuz da soyuq olan evdə onu daha da üşüdürdü Səbihə, Əfsanə əlacsız adamlar kimi əllərini qoynuna qoyub bayır bacağa baxırdı... hərəsi öz aləmində odunun, taxılın və mal-qara üçün ot-ələfin çatıb-çatmayacağını götür-qoy edirdi. Bu məsələlər indi hamıdan çox Elməddini düşündürürdü.
İkinci hissə, səkkizinci fəsilHavanın şaxı sınmışdı, çünki külək kəsmişdi. Evlərin arasında, kəndin ortasından keçən küçədə, çaya gedən yolda cığırlar açılmışdı, gəliş-gediş bərqərar olmuşdu.Elməddin bu gün qəryədar Qulamın yanına gedirdi. O, fikirli-fikirli yeriyirdi: birdən kürəyinə dəyən qartopudan səksəndi və qanrılıb geri baxdı. Çiynində qoşalülə tüfəng, başında qalın, qulaqlı papaq, ayağında uzunboğaz, rezin çəkmə olan bir adam gülə-gülə ona sarı gəlirdi. Bu kim ola? Elməddin əvvəlcə tanıya bilmədi: bura adamına oxşamırdı. Diqqətlə ona sarı gələnə baxmaqda ikən tüfəngli adam dilləndi:
Başqa şairlərin şeirləri
Xəstə düşdüm, gələn yoxdur üstümə,Qərib öldüm, bikəs öldüm, yad öldüm,
SevdiyimBurada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,