Səhifə 1 / 3

Əsəd yorğun-arğın xəstəxananın daş pillələrini aşağı düşüb arakəsməli, şüşəli qapıdan çölə çıxan kimi, ayaq saxlayıb bir siqaret yandırdı. Əhvali-ruhiyyəsi yaxşı idi. Xəzangülün səhhəti babatlaşdıqca Əsədin kefi durulurdu. Xəzangül yeyib-içir, rəngi-rufu açılır, üzünə həkk olunmuş əbədi kədər, əbədi bədbəxtlik ifadəsi dava-dərmanın, qayğının əlilə silinib yox olurdu. Sahilə də Əsədin gözünə yaxşı dəyirdi – qızın həyatı bir az nizama düşmüşdü. Daha az ora-bura qaçırdı, bütün günü dərsdə, evdə olurdu, axşamlar isə anasının yanına gəlib Əsədi azad edirdi. O, xəstəxanaya gələn kimi, palatada anasını çarpayısında uzanmış, Əsədi isə aşağı tərəfdə, kətilin üstə oturmuş görüb sevinc içində salam verirdi, yaxınlaşıb anasının üzündən öpürdü, Əsədin əhvalını xəbər alırdı. Yarım saat ordan-burdan, məktəbdən, xəstəxanadan söhbət eləyib, bir az deyib-güləndən sonra, Əsəd ayağa qalxır:

− Bax, xəstəmizi sağ-salamat sənə təhvil verdim, yoldaş gecə növbətçisi! – deyir və xudahafizləşib gedirdi. Xəzangül neçə dəfə ikisi bir yerdə olanda, keçmiş xatirələrin üstünə qayıtmaq, illər uzunu qəlbini, həyatını didib parçalayan «günahları»nı dilə gətirib yüngülləşmək, o ağır yükü birdəfəlik yerə qoyub rahat nəfəs almaq istəmişdisə də, Əsəd buna imkan verməmişdi, açıq-aşkar etirazını bildirmişdi:

− Yox, Xəzan, o barədə gəl danışmayaq, qurban olum. Hələ olmaz, həkim icazə vermir. Sonra, sonra… Eh, o qədər vaxtımız olacaq ki… o qədər danışacağıq ki…

Xəzangül Əsədin bu sözləri incikliklə yox, küskünlüklə yox, səmimi-qəlbdən, onu istədiyindən söylədiyini aşkar duyub susmuşdu və nə isə bunun özündə də qəribə bir canıyananlıq, məhəbbət görüb sevinmiş, qürrələnmişdi. Əsədin qarşısında bir neçə çətin məsələ dururdu: o, gecə-gündüz bu işləri necə həll edəcəyi barədə düşünürdü. Birinci növbədə Xəzangül ayağa durmalı idi, sağalmalı idi. Bu, ən ümdə qayğısı və dərdi idi Əsədin. Xəzangül sağalıb ayağı yer tutsa, o biri işlər asanlıqla düzələcəkdi. İkincisi, Sahilə bu il nəyin bahasına olursa-olsun ali məktəbə girməli idi. İndi də, deyirdilər, danışırdılar ki, ali məktəbə düşmək olduqca çətinləşib. Oxumaq istəyən çoxdu, oxumaq, ali məktəb bitirmək zərurətdən çox, bir dəb halı alıb, hamı uşağını diplomlu görmək istəyir. Övladının başını, biliyini, savadını nəzərə almadan oxutmaq istəyir. Əsəd bir müəllim kimi, bu axında o qədər də ürəkaçan bir şey görmürdü, görə bilmirdi. «Ancaq ləyaqətlilər oxumalıdı, xüsusi həvəsi, qabiliyyəti, istedadı olanlar oxumalıdı, yoldaşlar. Vallah, bu yolla ki, indi biz gedirik, düz deyil, bunu sonra başa düşəcəyik ki, düz deyilmiş bu yol – axı bax, bu uşağın başı boşdu, oxumağa həvəsi yoxdu, niyə bunu döyə-döyə oxutmalıyıq biz?! Nəyin xatirinə, yeddi il, səkkiz il oxuyub, yazısı-pozusu var, qoy getsin özünə bir sənət, bir peşə qazansın, səhər ac qalmasın, ailəsini, özünü, balalarını dolandırsın, cəmiyyətimiz üçün faydalı bir işin qulpundan yapışıb faydalı bir adam olsun. Vallah, bu dövlətin, bu xalqın pulu hayıfdı ki, biz belə uşaqların təhsilinə xərcləyirik, özü də illər uzunu xərcləyirik. Nəticədə isə… heç nə qazanmırıq. Baxın, yoldaşlar, bizim hörmətli maarif şöbəsinin müdiri, bizi, biz müəllimləri danlayır, məsələn, mənə irad tutur ki, niyə sənin sinfində qiymət faizi aşağıdı? Axı, siz bilə-bilə özünüzü niyə aldadırsınız, yoldaşlar! Axı, mən oxumayan, oxumaq istəməyən, məktəbə zorla gələn və ya zorla gətirilən uşağa necə yüksək qiymət verim, vicdanımı necə ayaqlayıb keçim? Mənim iyirmi iki şagirdimin içində altı nəfər istedadlı uşaq var. Mən onların üstündə əsirəm, çünki bilirəm ki, onlar hansı məktəbin qapısına getsələr, əli boş qayıtmayacaqlar, uğurla imtahan verib daxil olacaqlar. Qalanları isə yox, yoldaşlar. Onlara xərclənən pul da havayı gedəcək, vaxt da. Hələ bu attestat balı deyilən şey… Bunu bilmirəm kim düşündü, kim çıxartdı? Bu, orta məktəbə, cəmiyyətimizə yad olan, Lenin yoldaşın nifrətlə damğaladığı rüşvət adlı bir mərəzin ayaq açmasına şərait yaradır, yoldaşlar. Ata-ana bir də görürsən müəllimin yanına toyuqdan, yağdan, cəmdəkdən, nə bilim xrustaldan – imkanına görə bir şey qapıb gəlir ki, amanın bir günüdü, müəllim, bizim nökər deyəsən filan fənndən bir az axsayır, onun

qiymətində gözün olsun, yəni yuxarı qiymət yaz… Bəzi müəllimlər də − xoşbəxtlikdən hələ aramızda belələri azdı – ətə, yağa, xrustala baxıb, «Onsuz da bu gədədən oxuyan olmayacaq, gedib kəsilib qayıdacaq, o biri yandan da direktor, maarif müdiri gözümü deşəcək ki, niyə sənin sinfində qiymət faizi aşağıdı. Sən axı müəllimsən, bəs sən başa baxırsan? – deyərək üzümü danlayacaqlar. Ona görə, müəllim hara yox, ətə, xrustala baxıb valideynə «yaxşı» deyir. Sonra nə olacaq olsun. Sonra isə çox pis şeylər olur, yoldaşlar!…»

« − Əsəd Əsədzadə yoldaşın bu günkü çıxışı mənim heç xoşuma gəlmədi. Mən maarif şöbəsi müdiri kimi, Əsəd müəllimin indiki çıxışını boş və əsassız bir şey hesab edirəm, bizim maarif sistemimizə böhtan adlandırıram, yoldaşlar!…»

« – Mən həqiqəti deyirəm, yoldaş Səlimxanov. Siz bu həqiqəti məndən az bilmirsiniz, intahası mən deyirəm, siz yox…» Halbuki məndən qabaq, bir kommunist kimi, sizin mənəvi vətəndaşlıq borcunuzdu ki, məktəblərimizdə, ümumən təhsil sistemində mövcud olan və getdikcə dərindən kök salmağa başlayan bəzi nöqsanları, mən deyərdim ki, yaraları bir sərraf gözü ilə görüb ümumiləşdirərək maarif nazirliyinə, lap Moskvaya yazasınız, səsinizi qaldırasınız, sözünüzü deyəsiniz. Amma siz susursunuz. Mən əlimin içi kimi bilirəm, sabah bu nöqsanlar kəşf olunanda, mətbuatda yazılmağa başlayanda siz də deyəcəksiniz – tamamilə doğrudur. Amma indi deyirsiniz böhtandır. Siz sadəcə gözləyirsiniz ki, yuxarıdan qaldırsınlar bu məsələni. Heç kəs demir, mən niyə deyim – prinsipilə yaşamaq kommunistin həyat prinsipi deyil, yoldaş Səlimxanov!»

Əsəd siqaretindən bir qüllab vurub fikirləşdi ki, bu iki daşın arasında inişil, hələ rayonda işlərkən, müəllimlərin avqust müşavirəsində olan bu söhbət niyə indi gəlib yadına düşdü? Hə, xatırladı – Əsəd qapıdan çıxan kimi, həyətdə sıramla əkilmiş söyüd ağaclarının altında qoyulmuş oturacaqların birində, tək-tənha əyləşib Xəzangülün yatdığı palatanın balkonuna baxan Ərəstunu görmüşdü. Bu, həmin Ərəstun idi ki, Sahiləni kölgə kimi addımbaaddım izləyirdi. Sinifdə də, küçədə də, dəniz qırağında da… Əsəd onların məktəbində cəmi on-on beş gün davam eləyən müəllimliyi vaxtında və sonralar sahildə Xəzangülün kolyaskasından beş-on addım uzaqda görəndə də aydın hiss eləmişdi ki, bu yaraşıqlı, yaxşı geyinib-keçinən oğlan Sahiləyə vurulub… Ağıllı-başlı tanış ola bilməmişdi, araları hələ açıq olmadığına görə, qızdan da onun barəsində heç nə soruşmağa ürək eləməmişdi – Sahilə utana bilərdi. Ancaq son günlər Əsəd aydınca duymuşdu ki, qızın taleyi onu bərk narahat edir və qayğılarının içində bu, heç də az yer tutmur. Hardasa hərdən ona elə gəlirdi ki, Sahilə doğma balasıdı, ciyərparasıdı – Xəzangülün balası, onun balası – Əsəd üçün heç fərqi yox idi. Əsəd qəlbinin dərinliyində anlayırdı ki, Sahilənin həyat məsələsi – kimə rast gəlməsi, kiminlə ömür-gün yoldaşı olması, xoşbəxtliyi onun oxumağından da vacib məsələdi; Sahilə oxumaya da bilər bəd ayaqda – ancaq o, xoşbəxt olmalıdı, səadət içində yaşamalıdı – özü də iki qat xoşbəxtlik nəsib olmalıdı ona. Xəzangülün – anasının baş tutmamış səadətini də o yaşamalıdı. Buna görə də, Əsəd istər-istəməz, Sahilənin yolu üstə bitən bu yaraşıqlı oğlanla maraqlanmağı, onunla yaxından tanış olmağı qərara almışdı. Söhbət etmək, içini, ürəyini, xasiyyətini, ailəsini öyrənmək istəmişdi. Çünki bu, çox ciddi məsələ idi, Sahilə cavandı, təcrübəsizdi, hər addımda səhv eləyə bilər. Cavanlıqda atılan hər yanlış addım isə çox baha başa gəlir və sonra, bəlkə bütün ömrün boyu o yanlış addımın günahlarından, zərbələrindən qurtara bilmirsən. Hey əlləşirsən, vuruşursan, ancaq özünü düzəldib doğrulda bilmirsən. Əsəd bunu çox yaxşı başa düşürdü və buna görə Sahiləni qorumaq, yenə qorumaq istəyirdi.

Əsəd, qəribə idi ki, bu yaraşıqlı oğlandan yaman nigaran idi. Sifətində bir sırtıqlıq vardı Ərəstunun. Özündən razı, arxayın, yoldaşlarına, ətrafındakılara yuxarıdan aşağı baxmaq əlamətləri görürdü onda Əsəd və bu, onu heç açmırdı. Bu da çox maraqlı idi ki, Əsəd onu görəndə özündən asılı olmayaraq o zaman, iyirmi il əvvəl, gözlənilmədən Xəzangüllə onun yolunun üstünə çıxmış, qızıl dişləri, qızıl saatı ilə göz qamaşdırıb onların həyatını zülmətlərə qərq eləyən o arıq, uzun, şıx geyinmiş oğlanı – Mürsəli xatırlayırdı və nə qədər çalışırdısa, bu oxşarlığı qəlbindən, beynindən çıxarıb qova bilmirdi. Əsədə elə gəlirdi ki, Ərəstun da onun kimidi, onun kimi olacaq və bundan yaman həyəcanlanırdı. Nə idi bunun səbəbi? Əsəd çox düşünəndən sonra tapmışdı – bax, bu Ərəstun deyilən oğlan idi, onuncu sinifdə oxuyur, amma layka geyir – qara rəngli layka hardasa Əsədin gözündə Mürəslin qızıl dişləri kimi, qızıl saatı kimi göz qamaşdırırdı. Qara layka və parıltı! Bunun altında gizlənən mənanı axtara-axtara Əsəd hələ heç bir təsəvvürü olmadığı Ərəstunun ailəsinə gedib çıxırdı. Onuncu sinifdə – layka geyən uşaq! Bu, lazımdımı? Bu, bizim məktəb sisteminin mahiyyətinə uyğundumu? Yox. Bax, bu da, Əsədə görə, bu günkü məktəbin, attestat balı kimi, qiymət fason kimi çox mühüm problemlərindən biri idi. Və bunun qarşısını almaq lazımdı. Müəllimlər görəsən hara baxır? Əsəd bu az müddətdə yaxşı müşahidə eləmişdi – məktəbə pudra-kraska, brilyant üzük, par-par yanan sırğalar yol açıb gəlib – doqquzuncu, onuncu siniflərdə oxuyan qızların yanaqlarında, gözlərində, barmaqlarında, qulaqlarında. Layka plaşlar gəlib!.. Ərəstunların əynində! Məktəbli sadə geyinməlidi, məktəbli bir-birindən geyiminə-keçiminə görə yox, başına, biliyinə görə fərqlənməlidi. Bu məsələni – məktəblərə ayaq açmış bu qızıl-gümüş, bər-bəzək məsələsini demək, qaldırmaq lazımdı, bunun kökünü məktəblərimizdən kəsmək gərəkdi. Çünki bu, uşaqlar arasında həsəd, qibtə deyilən çox pis mərəzin doğulmasına səbəb olur – onuncu sinifdə oxuyan uşaqların hamısı Ərəstun kimi layka plaş geyə bilmir. Geyə bilən bir, iki, geyə bilməyən çox. Və bu, onların arasında gözəgörünməz, dərin bir uçurum yaradır, onların arasına bir sədd çəkir. Bu isə lazım deyil. Əsədə görə, bu, təkcə müəllim, məktəb qayğısı deyil – bu, eyni zamanda valideyn qayğısıdı. Valideyn düşünməlidi, özü də çox ciddi düşünməlidi bu barədə. Əsədin fikrindən «valideyn» keçən kimi, bu ilin sentyabrında o, öz doğma məktəbində təzəcə işləməyə başladığı vaxt, məktə-

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, ikinci fəsil

Dünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.

7 dəq
Üçüncü hissə, üçüncü fəsil

Elməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.

11 dəq
Üçüncü hissə, dördüncü fəsil

Hökm oxunan günü, axşam Elməddini, Əhədulla bir dəst yorğan-döşək gətirəndən sonra şəhər həbsxanasından Poli-çərxi həbsxanasına gətirmişdilər. Bu həbsxana ona tanış idi, iki-üç il əvvəl də burada yatmışdı. Onu təkadamlıq kamerada saxlayırdılar. Kiçik, hündür divarlı, əl çatmayan yerdə bir dənə dairəvi pəncərəsi olan bir otaq idi — qapısı dəmir idi. İçərinin döşəməsi sement idi. Ancaq taxt qoyulmuşdu divarın dibinə. Yanında taxtadan düzəldilmiş, əl vuranda cır-cır cırıldayan stol vardı. Divarlar kömürlə, mıxla yazıq-yazıq idi. Burada vaxtilə yatanlar adlarını, həbs olunma və çıxma tarixlərini yazmışdılar. Eləsi var idi ki, bu otağa düşmə tarixini yazmışdı, çıxma tarixini yox. Elməddin əyri-üyrü xətlərə göz gəzdirə-gəzdirə düşünürdü ki, yəqin buraxıldığını eşidib sevincək olublar belələri, ya da... Ya da gözlənilmədən çıxarılıblar, bir daha bura qayıtmayıblar! Hərəsi bir insan taleyi idi, təklik, əzab-əziyyət tarixi idi bu yazıların.Poli-çərxi həbsxanasında, demək olar ki, bu illər ərzində Heç bir dəyişiklik olmamışdı. Amirsahib və Şəfini rəhmsizcəsinə döyüb dırnaqlarını çıxaran Dostməmməd hələ burada idi. Onlar Elməddini görən kimi tanımışdılar. Müşayiətçi zabitin təqdim etdiyi sənədləri oxuyan həbsxana amiri yanındakı zabitə müraciətlə:

14 dəq
Üçüncü hissə, beşinci fəsil

Həmin gün Elməddinin yeməyini vermədilər, havaya da çıxartmadılar. Evdən gələn xörəkdən soyuyub qaxaca dönmüş tikə kababdan, qurumuş təndir çörəyindən bir az yedi — candərdi yedi. İştahası yox idi. Qarın nayihəsini dolaşan sancı çəkilib getmirdi. Elə bil, içərisinə zəhər tökmüşdülər — yandırırdı, doğrayırdı. Ağrıdan bir yerdə qərar tutub dayana bilmirdi. Gah uzanırdı, gah gəzinirdi. Fikirləşməkdən başı şişmişdi. Yaranmış vəziyyəti götür-qoy edir, ancaq axırını bir yana çıxartmağa müvəffəq olmurdu. Həbs olunmağının səbəbi elə orda — məhkəmədə məlum olmuşdu — «Xurma çərdəyi»nin qurbanı idi, həbsxanada təkadamlıqda da elə buna görə yatırdırdılar. Bəs bu şer, ruznamə nə məsələ idi? — bununla neyləmək istəyirdilər? Bəlkə bu yolla onun həbs müddətini uzatmaq, onu illər uzunu dörd divar arasında saxlayıb çürütmək istəyirdilər? Bəlkə tək dustaqlardan deyil, şəhərdən, cəmiyyətdən, dostlarından, ailəsindən ayırmaq, uzaqlaşdırmaq istəyirdilər?!Bu qayğılar, cavabsız suallar saatlar keçdikcə onu yorub əldən salır, namüəyyən hisslər məngənəsində çırpınan ürəyi az qala partlamaq dərəcəsinə gəlirdi. Qəzəbdən dodağını çeynəyirdi. Ancaq çarəsizlik, gücsüzlük önündə aciz olduğunu dərk etdikdə süstəlir, dözmək, səbir etmək, bu oyunun axırının nə ilə bitəcəyini gözləməkdən başqa çıxış yolu olmadığını anlayıb taleyi ilə barışırdı.

8 dəq

Başqa şairlərin şeirləri