Vaxta az qalırdı. Bir azdan camaat geniş otağa yığışacaq, müzakirə başlanacaqdı. Gülmirə bərk həyəcan keçirirdi. İndi ona təsəlli, ürək-dirək vermək lazım idi. Orxan isə bayaqdan öz yerində oturub başını yuxarı qaldırmır, heç kəsin üzünə baxmırdı. Onun bu hərəkəti Gülmirəyə lap qəribə görünürdü. Ancaq dünənki yaxınlıq, vədələşmək yadından çıxmadığına görə o, indi nə üçünsə Orxandan utanır, ona yanaşıb bir şey soruşmurdu. Saat bir olanda professor ucadan danışa-danışa şöbəyə gəldi:

– Hə, camaatı yığ, Gülalı. Başlayaq.

– Bu dəqiqə, professor, — deyə Gülalı ağır portfelini qaldırıb stolun üstünə qoyduqdan sonra dəhlizə çıxdı.

Nadirə yerində oturmuşdu. Qabağındakı kitabı büküb stolun bir qırağına itələyərək əlini üzünə söykəmiş, yorğun, kədərli gözləri ilə bayaqdan bir kəslə kəlmə belə kəsməyən Orxana baxırdı. Gülmirənin də vurnuxduğu, hədsiz həyəcan keçirdiyi onun nəzərindən yayınmırdı:

«Cavandır, hələ bişib bərkiməyib»,— deyə düşünürdü, özünün də neçə illər qabaq ilk yazısını yoldaşlarının müzakirəsinə verəndə düşdüyü halları xatırlayırdı. Cəfər isə küncdə oturub, əlindəki qalın kitabı oxuyurdu.

Salman Qurbanzadə keçib stolun arxasında ayaq üstə dayandı. Akademik Aslanzadə onun sağında əyləşdi.

Gülalı bir neçə adamla içəri qayıdanda professor:

– Hə, oturun, oturun! Vaxt azdır,— dedi,— başqa işlərimiz də var.

Danışığı sakitdi. Elə bil, bir saat bundan qabaq özündən çıxıb, əlini stola çırpan, hirsindən gözləri hədəqədən çıxan adam bu deyildi: «Qəribə adamdır,— deyə Orxan öz-özünə düşünürdü. — O otaqda hirslənir, bu otaqda gülür, artist kimi...»

Professor iclası açdı. Gülmirənin əsərinin iki əsas fəslini müzakirə edəcəklərini bildirib, ən azı yarım saat danışdı, sinəsi qalxa-qalxa təriflədi. Otaqdakılar bu son neçə il ərzində, daha doğrusu, heç bir müzakirədə professorun dilindən belə hərarətli tərif eşitməmişdilər. Çıxışa həftələrlə hazırlaşmış, kəsərli cümlələr, obrazlı ifadələr, sözlərinin təsir qüvvəsini artırmaq üçün təşbihlər seçib əzbərləmiş adamlar kimi çıxış etdi. Onun səlis və rəvan danışığı şer kimi səsləndi.

Orxan başını qaldırıb Gülmirəyə baxdı. Gülmirə tərləmişdi.

«İndi mənə də söz verəcəklər,— deyə Orxan fikirləşdi. — Öz yazdığım haqqında danışmalı olacağam. Riyakarlıqmı etməliyəm? Nə üçün? Bu ki alçaqlıqdır, ikiüzlülükdür, saxtakarlıqdır! Gülmirəyə köməkmi, yaxşılıqmı eləmişəm?

Məhəbbət gözlərimi qapayıb. Axı, mən sənin üçün həmişə əsər yaza bilməyəcəyəm, Gülmirə! Axı, səndən alim olmayacaq. Mən səni də, bu qədər adamı da aldatmışam! Bu adamların çoxu, bəlkə də heç vaxt yalan danışmayıblar. Onlar indi durub bir-bir yalan söyləyəcəklər. Səni, Gülmirə, səni mən də tərifləməli olacağam. Öz yazdığımı tərifləyəcəyəm. Yox, bacarmaram!»

Orxan cibindən papiros qutusunu çıxarıb bir siqaret götürdü, iki barmağı arasında yumşaltdı. Professordan icazə almadan qalxdı, bayıra çıxmaq istədi. Lakin Salman onu saxladı:

– Hara, Orxan?

Orxan siqareti göstərdi.

Professor deyindi:

– Adam icazə alar.

Orxan dillənmədi, duruxdu.

– Yaxşı, get siqarını çək, qayıt, çıxış eləyəcəksən.

Orxan çıxdı. Gülmirə sir-sifətinin tərini sildi, sinədolusu nəfəs aldı. Orxanın yanında o cür qanadlı sözləri eşitmək onun üçün dözülməz idi, ağır idi.

Professorun giriş sözündən sonra hazır fəsilləri oxumuş yoldaşlar söz alıb bir-bir çıxış edir, maraqlı elmi mülahizələr söyləyir. Gülmirənin uzun müddət davam edən durğunluqdan sonra dilinin açıldığından, qələminin kəsərli olmasından, belə getsə gələcəkdə daha samballı əsərlər yaza biləcəyindən danışır, özləri də bilmədən bu tərifli sözlərlə Gülmirəni yumağa döndərirdilər. O, başını gizlətməyə yer axtarırdı. Ancaq bu mümkün idimi?

Nadirə də, Cəfər də, Gülalı da öz çıxışlarında «obyektiv» fikir söylədilər. Xüsusilə Gülalı professorun Gülmirənin ünvanına dediyi «yağlı» fikirləri başqa sözlərlə təkrar edir, bununla da Salmanın dediklərinə qüvvət verir, onun dəyirmanın boğazına su tökürdü.

Akademik Aslanzadə əlini üzünə söykəyib deyilənlərə diqqətlə qulaq asır, arabir qabağındakı cib dəftərçəsinə nəsə qeyd eləyirdi.

Cəfərin fəsillər haqqında söylədikləri tutarlı idi; o özünə xas olan təmkinlə yaxşıya yaxşı, pisə pis deyirdi. Salman yerində qurcuxurdu; ürəyinə qorxu axıb dolmuşdu ki, Cəfər akademikin yanında onu sancsa, daha heç nə — biabırçılıqdı. Aslanzadə növbə ilə şöbələrin iclasında oturar, bu və digər münasibətlə öz mülahizələrini söylər, beləliklə, əgər yolundan sapan bir adam görsə, haqq yoluna dəvət elər, kömək əlini uzadardı.

Şöbədə olan söz-hərəkətdən, çəkişmədən bəlkə də Aslanzadənin xəbəri yox idi. «İndi Cəfər başlasa, akademik arif adamdı, hər şeyi başa düşəcək». Belə düşünən Salman nəfəsini udub Cəfərin dediklərini ölçüb, biçə-biçə götür-qoy eləyirdi.

– Mən burda bir ayrı cəhəti də qeyd eləmək istəyirəm. Əsər yaxşıdır, buna söz ola bilməz! Amma professorun söylədiyi giriş sözü, mənə elə gəlir ki, birtərəfli idi. Bunu, məncə, burda oturan yoldaşlar da açıq hiss elədilər. Burda ögey-doğmalıq salmaq, birini yandırmaq, birini isə qandırmaq, məncə, nə bizim elmimizə bir xeyir verər, nə də bizim özümüzə.

– Cəfər, vaxtın qurtardı,— deyə professor ayağa qalxdı.

Cəfər saatına baxdı:

—Əgər icazə vermirsinizsə...

Akademik Aslanzadənin təmkinli səsi Salmanı yerində oturtdu:

– Qoy danışsın, Salman,— Akademik sonra üzünü Cəfərə tutdu;— Buyurun, Cəfər. Ancaq açıq danışın. Eyhamlarla, atmacalarla yox, açıq danışın.

– Sözümün canı budu ki, hamımızı bizim möhtərəm professor bir gözlə görsün.

– Məsələn, Cəfər?— Aslanzadə yerindən soruşdu.

– Məsələn, keçən dəfə Orxanın yaxşı bir əsərini müzakirə edirdik. Gülmirə bizdən inciməz, elə bilirəm. Orxanın əsəri bundan qat-qat güclü idi, mükəmməl idi. Amma professor o gözəl əsər barədə elə danışdı ki, danışmasaydı, bundan çox yaxşı idi. İndiki çıxışı hara, o çıxışı hara?— Bunları deyib Cəfər yerində oturdu.

Salman qızarıb pörtmüşdü. Nadirəyə sarı gözucu baxdı, o da başını aşağı salıb qızarmışdı. Salman fikirləşdi: «Evdə deyəcək, sənin işləklərin adamı həmişə utandırır». Akademik isə son vaxtlar şahidi olduğu, eşitdiyi, hiss elədiyi bəzi mətləbləri — boğazdan yuxarı danışmağı, şəxsi münasibətlərdən istifadə edərək bu və ya digər həqiqətin təhrif edilməsi hallarını ümumiləşdirib burda danışmaq, yoldaşları bu xoşagəlməz mərəzdən uzaqlaşmağa çağırmaq zərurəti duydu; ona görə də özünü toplayıb çıxışa hazırlaşmaq istədi.

Salman özünü itirdiyindən iclasa sədrlik etdiyini az qala unutmuşdu. Küt və tutqun nəzərlərlə oturanlara baxırdı. «Daha nə deyə bilərsiniz? Deyin, ürəyinizi boşaldın, yoxsa ürəyiniz partlayar!»

– deyə ürəyində düşünən Salmanın yadına düşdü ki, Orxan otaqda yoxdur. Bundan sevinən kimi oldu. «Yaxşı ki, yoxdu. Yoxsa indi o da...»

Bu ara Aslanzadə dilləndi:

– Gülalı, ordan Orxanı çağır gəlsin.

Salmanın ürəyi düşdü: «İndi Tiflis məsələsi də üzə çıxacaq»

Gülalı tələsik bir hərəkətlə özünü dəhlizə atdı. Gülalı dəhlizdə Orxanı çağırır, səsi içəridən aydın eşidilirdi:

– Orxan!

—?…

– Ay Orxan!

—?…

– Adə, yatıbsan, nədi?

Orxan yenə dinmədi. Dizinin üstünə qoyduğu əlində siqaret tüstülənirdi. Gülalının ürəyinə gəldi ki, bəlkə Orxan ondan incidiyi üçün cavab vermir. «Bu da lap dəymədüşər olub, ha!»

– Adə, akademik Aslanzadə çağırır ey gəlmirsən? Əh, heç də gəlmə!— İstədi qayıdıb içəri girsin və akademikə desin ki, Orxan kresloda oturub, gəlmir. Sonra fikrini dəyişdi. İrəli gəldi və birdən təəccübdən gözləri böyüdü, Orxanın başı sinəsinə əyilmişdi. Gözləri yumulmuşdu: «Lap əməlli-başlı yatıb ki, bu!»— Deyə düşünən Gülalı qorxa-qorxa irəli yeridi, onun çiynindən astaca tutub silkələdi və bir az da bərkdən çağırdı:

– Orxan!

O qımıldanmadı; siqaret daha çox tüstülənirdi. Gülalı əyilib Orxanın dizinin üstündəki əlinə baxdı; şalvarının dizi stəkan ağzı boyda yanmışdı. Əti qızarırdı. Siqaret iki barmağının arasını qızartmışdı.

– Adə, yandın ki!— deyə Gülalı Orxanı bərk-bərk silkələdi. Yenə onda bir tərpəniş görmədi. Beyninə gələn dəhşətli fikirdən sarsılaraq geri çəkildi və sürətlə otağa qaçmaqa başladı. Qapının ağzında, özünü saxlaya bilməyib, vəhşi bir səslə qışqırdı:

– Orxan ölüb!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, səkkizinci fəsil

Süleymanın kefi kök idi. Üz-gözü gülürdü ⎯ az qala hər kəslə şən-şən danışır, hətta zarafat da eləyirdi, çünki planın dolması haqqında dünən Bakıya ⎯ lap kişinin özünə məlumat vermişdi və ondan çox xoş sözlər eşitmişdi: «Afərin! Bax belə! Sən mənim ümidlərimi doğrultdun! Görünür, səhv eləməmişəm, Süleyman. Sənin gələcəyin haqqında düşünməyinə dəyər! Öhdəliyi də yerinə yetirməlisən, ha!Birdən arxayınlaşarsan, ha! Onda aramız dəyər, Süleyman! Onda gərək… biletini qoyub, papağını götürüb gedəsən!..»

18 dəq
Dördüncü hissə, birinci fəsil

Xoşbəxtlər üçün zaman hiss olunmadan ötüb keçir, bədbəxtlər üçün isə… Bədbəxtlərin saatının əqrəbinin ucundan sanki ağır daş asılır, dəqiqələr saatlar, saatlar günlərə, günlər aylara, aylar illərə dönüncə yaddaşın az qala bağrı çatlayır, ürəyi çərləyir, həvəslər daralır, hətta ömür də yanıb-yanıb qurtarır bəzən.Nəzər bu gün altı il idi ki, burada-həbsxanadaydı və ona elə gəlirdi ki, altımış ildir buradadı, elə burada anadan olub, burada böyüyüb, burada qocalıb. Bu altı ildən o yana heç nə olmayıb-nə anası Səlminaz arvad olub, nə komsomol keçib, nə Əfzəl Əliyevlə qaçaq tutmağa gedib, nə universitetdə oxuyub, nə müharibədə olub; Bəlkə də xanım da olmayıb, uşaqları da olmayıb. Heç nə olmayıb. Yox imiş heç nə. Bütün bunları yuxuda görürmüş yəqin, yaxud xəyalında yaradıbmış…

4 dəq
Dördüncü hissə, ikinci fəsil

Nəzər altı il idi ki, burada – bu ağzıbirdəydi və bu altı ildə beş il universitetdə, altımış iki il o azad dünyada yaşaya-yaşaya öyrəndiklərindən, götürdüklərindən qat-qat çox şey görüb öyrənmişdir. Sən demə, o, heç nə bilmirmiş, dünya deyilən, bir gözü ağlayan, bir gözü gülən bu qəribə aləmi tanımırmış. Sən demə arvadı Bikə, oğlu Qərib: Sən kitablarla yaşayırsan, kişi həyat kitablarında yazılan, göstərilən kimi deyil, kişi! – deyəndə haqlıymışlar. Bir ömür özümü də, dərs dediyim o uşaqları da aldatmışam. Bu dünyanı olduğu kimi onlara tanıtdıra bilməmişəm. Hardan tanıtdıra bilərdim ki, heç özüm onu yaxşı tanımırmışam. Ədalətdən, insafdan, təmizlikdən, vicdandan, namusdan danışmışam ömrüm boyu, yeni insan tərbiyə eləməyə çalışmışam ömrüm boyu. Zülm, haqsızlıq, zorakılıq, ədalətsizlik, ağaqul qaldı iyirminci ildən o yana.» – demişəm, özüm inanmışam buna, başqalarını da inandırmağa çalışmışam. «Dünyanın ən ideal, ən təmiz cəmiyyətidi, sovet adamı isə dünyanın ən kamil insanıdı.» - demişəm və bu fikri başqalarına da aşılamaq üçün nə az, nə çox, düz qırx il boğaz yırtmışam, aman allah! Məgər Mikayıl, Şakir, Müseyib, İsrayıl, İsrafil, Ağayev, Süleyman, Xuduş, Hilalov və bax, bu hündür hasarlı həbsxanada oturanların çoxu mən bədbəxtin xəyalında yaratdığı, təsəvvüründə canlandırdığı, təbliğ elədiyi «Sovet adamı»dı?Bura – həbsxana o uca hasarın o üzündəki böyük və rəngarəng dünyanın daha maraqsız, daha çirkin və daha dəhşətli kiçik bir nümunəsi idi. Orada, heç olmasa bir gözəllik vardı, sevinc də olurdu hərdən-birdən, sən sərbəst idin, hara istəyirdin, kimin yanına istəyirdin, gedə bilərdin. Ancaq burada…Yox, burda nə sevinc var, nə sərbəstlik var, ola da bilməz olmamalıdır da. Bura düşənləri daha adam hesab eləmirlər, onlara adam olduqlarını unutdurmağa çalışırlar. Bu dörd divar arasında olan beş il, on il ömür sürməyə məcbur olanlar, burdan çıxandan sonra adam kimi yaşaya bilmirlər, tərcümeyi-hallarındakı, alınlarındakı ləkə, damğa onların tək özlərini yox, nəslini də oğul-uşağını gözü kölgəli eləyir, azad, sərbəst yaşamağa qoymur. Yəqin helə buna görədir ki. Bir çoxu o azad dünyada yaşaya bilmədiyindən təzədən qayıdıb o dörd divar arasına düşür. Bu altı ildə Nəzər neçə beləsini öz gözləri ilə görmüşdü və ürəyi ağrımışdı. Nəzər bunu da başa düşmürdü ki, o azad dünyada olduğu kimi, burada da pullular, qoluzorlular, zəiflər,pulsuzlar, vicdanlılar, vicdansızlar var. Qumar əxlaqsızlıq, morfi… hər şey var, hər şey… Nəzəri bu, hər şeydən çox təcübləndirirdi ki, orda adamlar rüşvət aldığına görə tuturlar, ora göndərirlər. Deməli, rüşvət pisdi. Amma burada da Nəzər rüşvətin ayaq tutub yeridiyini görəndə yer ayağının altından qaçırdı. Qapıçı rüşvət alır, nəzarətçi rüşvət alır. Pulun varsa, səni ağır işə göndərmirlər. Pulun varsa, sənə ayrıca otaq ayırırlar, rəngli televizor verirlər, arvadın gəlib yanında qala bilər. Pulun, adamın yoxsa, ümumi barakda, otuz-qırx adamın arasında, çirkin, üfunətin içində yaşa! Yaşa görüm necə yaşayırsan! Eşitmişdi ki, həbsxanaların, məhbusların özlərini xüsusi, yazılmamış qanunları var, amma inanmamışdı. İndi inanırdı.Buna elə o vaxt, altı il bundan qabaq, qarlı bir qış günü, şər qarışan vaxtı gətiriləndən az sonra, yekəpər nəzarətçi onu qabağına qatıb iyirmi birinci baraka salandan bir saat keçməmiş inanmışdır Nəzər.

16 dəq
Dördüncü hissə, üçüncü fəsil

Bu gün qəribə gün idi — onun ad günüydü. Yəqin Bikə xanım evdə tək-tənha, ürəyində, yada qızlarının birinin yanında təmtəraqsız, sevincsiz ya da eləyirdi bu günü. Bəxtəvər çağlarında bu gün tezdən, yerindən qalxanda cavanlıq illərindən adət elədiyi kimi, Bikə gəlib ərinin alnından öpərdi və gülə-gülə:– Böyük oğlan olasan, Nəzərim. – deyərdi. Qocalanan bura düşməmişdən qabaqkı il də Bikə elə belə demişdi:

15 dəq

Başqa şairlərin şeirləri