Bu quyu – su quyusudu,Suyu – sənin, quyu – mənim.Bu dəniz də bizimkidir,Nefti sənin, suyu mənim.

Bir ocağın basındayıq,Odu – sənin, hisi – mənim.Bir yazılır umu-küsü,Umu – sənin, küsü – mənim.

Bu zəmi hər ikimizin,Buğda – sənin, saman – mənim.Nə çıxarsa rastmızaYaxşı – sənin, yaman – mənim.

Bir süfrədə kəsdiyimizÇörək – sənin, loxma – mənim.Bir küçədə yan-yanaşıSaray – sənin, daxma – mənim.

Bölünüldü qismətimiz,Bütöv – sənin, para – mənim.Günlərimiz də bir deyil,Ağ gün – sənin, qara – mənim.

Sevinc – sənin yol yoldaşın,Amma bu göz yaşı – mənim.Bir ölkədə vətəndaşıq,Vətən – sənin, daşı – mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri