Yol boyunca düzülən buUca imarətlər kimindir?Sizindir qardaş, sizin!Bəs bu giley-güzarlar,Bu dərdlər kimindir?Bizimdir qardaş, bizim!

Bu möhtəşəm villalarınDörd bir yanı daş qaladır.Yaxşı bənna – bu qalanın daşlarındanDörd qaçqına ev qaraldar!

O qalalar kimindir, bala?Sizindir qardaş, sizin!Başımıza gələn bəlalarYan-yana düzülsə əgər,Elə belə qala olar!

O bəlalar kimindir?Bizimdir qardaş, bizim!Yaşamaq çox çətinləşib,Çörək baha, yol haqqı da,Ümid qalıbdır Allaha.

Biz elə bilirdik ki,Göydəki Allah bizimdir!Allah da sizinmiş, qardaş, sizin!Yerdə-yerdən göyə qalxan,Yanıqlı bir «ah» çəkilsə,O «ah» bizimdir, qardaş, bizim!

Siz – azsınız, biz – çoxuq,Siz – varsınız, biz – yoxuq…Vətən – sizin, qürbət – bizim,Torpaq sizin, həyat sizin,Dağ-dərə, çöl-çəmən bizim,Yalxı, quruca ad bizim.

Ana yurdun sərvətindənBizə də pay düşmüşdüsə,Onu biz bir heçə satdıq.Siz burda ev ucaltdınız,Biz daxmada itib-batdıq.

Hərə bir cürə qorudu Vətəni,Biz ac-susuz,Doğrudan da Vətəni qoruduq,Siz – özünüzü!Büdür sözün düzü,Kəsməyin sözümüzü!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən