Bir şair gördüm efirdə,Kresloya sərələnib,Başı göylərə dirənib,Ayağım üzüldü yerdən.Bu əda ilə əyləşməz,Nə şahənşah, nə şah, nə çar.Bu qədər təkəbbür hardan?Heç belə də şair olar?

Bir şair gördüm efirdə,Qolları qoltuq üstündə,Bu adətdi dahilərdə.Baxışları bumbuz, soyuq,Gözlərində nur izi yox.Sən Allah, dərdə bax, dərdə!O, işığı pulnan alır.Dərəbəylik olan yerdə,Gözəl görünür kifir də.

Bir şair gördüm efirdə,Deyir ustayam şeirdə,Sözlərim dürrdü, incidi.Demir ki, Füzuli babamBəlkə eşidib incidi.

Bir şair gördüm efirdə,Dili bilməyə-bilməyəSözü-sözə düyə-düyəŞeir yazır, mətn yazır.

Özü deyir çətin yazır –Ordan kəlmə, burdan kəlmə.Bəstəkarı, bəstəsi dəLap başının dəstəsi də,Özü kimi, sözü kimi –Ordan gəlmə, burdan gəlmə.

Özünün dərdi-səri yox,Ürəyinə tapmayıb yol,Millətin dərdi-səri də,Bir şair gördüm efirdə.

İndi şair olub hamı,İtib sözün dadı-tamı.Bir şair gördüm efirdə,Bilmirəm efirdə nə var?Bilmirəm efirə nə var?Layiq olmayan adamı,Dönə-dönə, təkrar-təkrarNiyə, bu qədər şişirdə?Niyə, bu boyda üfürdə?

Bir şair gördüm efirdə.

07-14 sentyabr, 2002

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri