Eynən
Sevinc aşdı-daşdı eynən sel kimi,Eynən qanad açdı quş kimi fərəh.Arzu çiçəkləndi eynən gül kimi,Eynənlər qalandı üst-üstə, səf-səf.
Hər yerdə karına gəlməz bu eynən,Məgər, fəlakətin eynəni varmı?Bəs sən müsibəti ölçürsən nəynən,Dərddən də o yana heç dərd olarmı?!
Gəldi-gedər deyil, dərdim sevinc tək,Dərd – sınmaz, əyilməz, dərd – sərtdir, mərddir.Dərdi dərddən başqa nəyə bənzədək?!Dərdin təşbehi yox, dərd elə dərddir.
Dekabr, 2005
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-eynen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər bir təzə kitab təzə bir çiçək,Yaxşı kitabın da carçısı gərək.
Pulun başına daş düşsünHər ay gəlir ev pulu,İşıq pulu, qaz pulu.
GətirAy İrandan mal gətirən,Nə bilim nə şirkəti!
Ənvər paşanın, Nuru paşanın və şəhid türk əsgərlərinin ruhunaBizdən ötrü şəhid oldunuz,Göylərdə sərgərdandı ruhunuz.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
خنده ای کردن و از باد خزان افسردن
Çəkmə, ey dust, məni məscidi-viranə sarıÇəkmə, ey dust, məni məscidi-viranə san,Genə çəksən də məni, çək barı meyxanə sarı,
Ey gözüm nuri, qarari-düi-ürfan, getməEy gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.