Hər bir təzə kitab təzə bir çiçək,Yaxşı kitabın da carçısı gərək.Yoxsa ki, gərəksiz yetim malı tək,Küncə atılanda – kitab satılmaz.

Tapılmır iş yeri, qəhətdir ruzi,Kitab almayanın qaradır üzü.Qoy bu sözüm olsun atalar sözü,Çörək qıt olanda – kitab satılmaz.

Çörəklə sınağa çəkiblər xalqı,Qarışıq salıblar haqnan nahaqqı.Bu yazıq camaat neyləsin axı,Vətən satılanda – kitab satılmaz.

Dekabr, 1997

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən