Gətir
Ay İrandan mal gətirən,Nə bilim nə şirkəti!Dovşan bu tayda da var,Gətirirsən şir gətir!
Dünyanın o başından,İri-xırda maşınnan,Gecə-gündüz daşınan,Lap haray-həşir gətir.
Amma, tiryək gətirmə!İblis-mələk gətirmə!Saxta ürək gətirmə!Ondansa səbir gətir!
Özün seç, özün bəyən,Plastmass suçiləyən,Dolça, aftafa, ləyən,Mal qıtlığıdır bəyəm?Bir az da xəlbir gətir!
Köhnə saqqız, şirin duz,Tez paslanan çuvalduz,Guya satılır ucuz,Şıdırğı gedir-gətir.
Boş yapışqanlı başmaq,Yalançı gül, təmtəraq,Zəri tökülən daraq,Nə xeyirlidir gətir!
Baş vur daha dərinə,Baş işlət öz xeyrinə,Baş dərmanı yerinəAdi təbaşir gətir.
Qapı-qapı düşüb tap,Gözsüz iynə, çürük sap,Çürüt bizimlə hesab,Gətirhagətir – gətir.
Sən türkü söyə-söyə,Yol verdin erməniyə,Bircə bu qalıb, ayə,Məscidə kafir gətir.
Əlində bezardı yol,Tacirsənsə tacir ol!Sənə kim deyib, oğul,Sirr aparıb, sirr gətir.
«Haqq-hesab»da haqqa bax!Başda yazılıbdı haqq:Haqsız söz demə, qoçaq,Sözünü bişir gətir.Dovşan bu tayda da var,Gətirirsən şir gətir.
Bakı, aprel, 1997
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-getir
← → düymələri ilə keçid, R — təsadüfi şeir