Yenə kəndimizə qayıtdım bu il,Dolandım başına pərvanə kimi.Yaxşı ki, bu yerlər vəfasız deyil,Saxlayıb hələ də ayaq izimi.

«Muğan» bulağından yenə su içdim,Bulaq o bulaqdı, dərə o dərə.Çaydan ayaqyalın addayıb keçdim,Özümü yetirdim çəmənliklərə.

Necə də yaraşır dağlara lalə,Qüzeylər yamyaşıl, güneylər əlvan.Yenə həmin yerdən axır şəlalə,Fərəh eşidirəm hər addımımdan.

Dolaşıb, baş çəkdim qəbristana da,Ora da kənd qədər mənə doğmadır.O soyuq torpaqda, o yaş torpaqdaNeçə dostum yatır, qohumum yatır.

Saxladı önündə bir məzar məni,Uşaqlıq çağlarım yadıma düşdü.Aldı qanadına xəyallar məni,Ötən günlərimlə bir-bir görüşdüm.

Mən elə bilirdim müəllim ölməz,İlk müəllimimin məzarıdır bu.Üsyana çevrildi qəlbimdə bir səs,Odlu bir «ah» isə təsəllim oldu.

Mənim gəlməyimi görən bildimi?Səsimi, sözümü eşidəydi kaş!Geniş ürəyinə dar deyildimi,Bir ovuc görünən bu torpaq, bu daş?

Zərif çiçəklərdən dəstə bağladım,(Bunların adını o, yazdırardı).Güllərə, məzara baxıb ağladım.Birinci sinfə çəkib apardıTəsginlik gətirən xəyallar məni,Saxladı önündə bir məzar məni.

Şamaxı, 1957

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar