Sel deyir: – Gəlin gedək!Torpaq dinmir.Daş düşünür.Çiçək başını bulayır.

Duman deyir: – Gəlin gedək!Dərə dinmir.Dağ düşünür,Çəmən başını bulayır.

Tufan deyir: – Gəlin gedək!Meşə dinmir.Ağac düşünür,Budaq başını bulayır.

Hicran deyir: – Gəlin gedək!Ürək dinmir.İnsan düşünür,Məhəbbət başını bulayır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar