Himn oxunanda
On adamın, yüz adamınAyaq üstə, farağat durub,Yan-yana,çiyin-çiyinə,əl-ələ,oxuduğu marş,ildırım çıxmasına,göy gurultusuna bənzəyir, qardaş!
Allah, Allah,gör, sözdə nə qüdrət varmış!Birliyin səsi göyə çatarmış.Titrədərmiş dağı-daşı,Kükrədərmiş dənizləri,Sarsıdarmış Göyü-Yeri,Tutarmış düzü-dünyanı.
Günümüzdə, güzaranımızdaBəs, o birlik hanı?Neçin, axı, adamlarYalnız himn oxunandaÇiyin-çiyinə duracaq?Başqa vaxtda hamı təkdir,Hər kəs öz bildiyinioxuyur ancaq.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-himn-oxunanda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yubileyindir, bütün aləmHələ təbrik deyir sənə...
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
GördümMəqabirdən güzər etdim,Əcaib mərdüman gördüm,
Könlüm səni istərYüz mah münəvvər ola, könlüm səni istər,Yüz şəms müdəvvər ola, könlüm səni istər,