Başqa-başqalar
Şirin başqa, acı başqa,Qardaş başqa, bacı başqa.
Barmaqların eyni deyil,Hər birinin ucu başqa.
Sayların da sırası var,Biri başqa, üçü başqa.
Üzünə bax, görəcəksən,Mulat başqa, zənci başqa.
İkisi də güllə atır,Əsgər başqa, qoçu başqa.
Peşələr də müxtəlifdir,Zərgər başqa, suçu başqa.
Bu qalaya diqqətlə bax,Tağı başqa, bürcü başqa.
İş axtaran camaatınToxu başqa, acı başqa.
Şəkilçilər də fərqlidir,«Lı, li» başqa, «cı, ci» başqa.Vaxt axır hey… Hər anın da,Tezi başqa, geci başqa.Təzadlıdır bütün aləm,Amma, bir şeyə məəttələm.Necə olur bir adamınÇölü başqa, içi başqa?!
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-basqa-basqalar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Günəşin bir zərrəsiyəm,İşıqdan gəlmişəm, gəlirəm, gələcəyəm.
Qoy başını çiynimə, gülümQoy başını çiynimə, gülüm,Qoy uzansın bu qatarın yolu.
YaxşılıqYaxşılıq eləməkçün gəlib dünyaya insan,Bu məqamda bilinir, bizim fərqimiz daşdan.
Qapı gözlüyüDar günümdə getdim dost qapısına,Hirslə yanıb-söndü qapı gözlüyü.
Başqa şairlərin şeirləri
Salma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Bir ananın xatirəsiSəhər açılmadan,günəş üz göstərmədən
SöküldüAğzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü