Başaq
Dava vaxtı –çörək qıt olandabaşaq yığdığımyadıma düşdü.Dava vaxtı –çörək qıt olandabaşaq yığmaqqorxulu işdi.
Zəmini –göz bəbəyi təkqoruyurduəlitüfəngli əsgər.Güllə atıböldürərdi,doğma qardaşını dagörsəydi əgər.
Başaq nədir?Sünbüldənqopub düşmüşdən-dən olmuş dən.İtgin dəniyaşamaq üçünaxtarırdım mən.
Əlim-ayağımqanaya-qanaya,qorxa-qorxagəzirdim.Onda bir ovuc dən –bir ovuc qorğa,bir loxma çörək,bir azca ümid idi.
Zəhmətiminbəhrəsiydi,o əzablatapdığım ruzi.Mən Tanrımdan razı idim,Tanrım da məndən razı.
Sonradava bitdi.yaşamaq bitmədi ancaq.Davadan betərzülm çəkdirdimənə yaşamaq.Ötən günlərötüb bir-biryaddaşlara köçsə də,acılı-şirinliömrümtələsə-tələsəgəlib keçsə də.
Yenə dəbaşaq döşürə-döşürəyaşadım.Yaşadımmı, yəni?!Həmişəəlitüfənglikimsələrgüddü məni.
İndi –Bu yaşımda daruzimgöydəndüşmə deyil.
İndi dəqələmimləbaşaq yığıramelə bil.
Hələ dəelə bilirəm ki,izləyir məni,o əlitüfəngli adam.İndiyədəkqorxmamışam,indən belə də,heç qorxmuram.
12. 2005-01.2006
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-basaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Atəşkədə, fəsil 13جبرئیل آمد شتابان بر زمیناز فراز عرش رب العالمین
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,