– Bəs, bu nədir?– Bu quşdur.– Niyə bura qonmuşdu?– Dən yeyirdi.– Dən nədir?– Mən də görə bilmədim,Quş hamısını dənlədi.

– Bəs, bu nədir?– Bu daşdır.– Necə gəlib bura bəs?Kimsə daşıyıb daşı?Daş özü gələ bilməz.– Kim daşıyıb, görəsən?– Daş gələndə yuxudanDurmamışdım hələ mən.

– Bəs, bu nədir?– Ağacdır.– Belə də ağac olar,Hanı bunun alması?– Almasını yığıblar,Ağaclar qırılmasın.

– Bəs, bu nədir?– Bilmirəm,– Axı, mən də uşağam,Gedib indi atamdanBunu soruşacağam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri