İmarət¹ bağındaQızlar bayramında,Günəş idi,biz idik,bir də Qədirdi.

«Neçin gəlməz»dağı-daşı yandırırdı,səmanı titrədirdi.Günəşin kefi kök idi,sarı sim kökdən düşmüşdü.Tarçı bir küncə qısılıbDeyir: – Allah, bu nə işdi?Qədir tərs-tərs baxırdı tarçıya –«Tarçı, tarı köklə!»

«Neçin gəlməz» bağlamışdı yeri-göylə,Günəş ovsunlanıb, dayanmışdı bir yerdə.Sarı sim kökdən düşmüşdü,Səs də enirdi pərdə-pərdə.

İmarət qulaq kəsilmişdi,Küllü-Qarabağ qulaq kəsilmişdi.Günəşin sarı telləridolaşmışdı sarı simə.

¹ İmarət – Ağdamda qədim imarət və bağ

Sarı sim kökdən düşmüşdü.«Tarçı, tarı köklə!» –Qədir tarçıya baxırdı,Tarçı – Günəşə.«Heç belə işə düşməmişdim,Heç belə isti görməmişdim».

«Neçin gəlməz» hələ də gəlmirdi,Sarı sim daha da kökdən düşürdü.Tarçı da tarı kökləyirdi hey…Günəş də baxıb qımışırdı.

Qədirin səbri tükəndi,əlini göyə uzatdı,bir topa buluduqavalın qabağına qatdı.

Çəkib gətirdi, örtdüGünəşin üzünə.Qayıtdı yenə«Neçin gəlməz»inə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri