Şeir yazır
Mən sayım, sən sadala,Gör kimlər şeir yazır.Mühəndislər, polislər,Həkimlər şeir yazır.
Bunu bildim, tanıdım,Ta kimlər şeir yazır?!Deputatlar, vəkillər,Hakimlər şeir yazır.
Uşaq bağçasından taAli məktəbə qədər,Şeir yazır uşaqlar,Şagirdlər, tələbələr.
Elmdən yorulandaAlim də şeir yazır.Qanı qara olanda,Müəllim də şeir yazır.
Şeir yazır hacılar,Məşədilər, mollalar.Evin tikilsin, millət,Bu qədər şair olar?!
Adlayıb bəmdən zilə,Şeir yazır naz ilə.Yalançı bəstəçilər,Yalançı müğənnilər.
Nazir də şeir yazır,Hətta lap qapıçı da.Naşir də şeir yazır,Mürəttib də, çapçı da.
Tacirlər, satıcılar,Şorsatanlar, südçülər,Cavan qızlar, gəlinlər,Qoca təqaüdçülər.
Savadsız jurnalistlər,Səbatsız qəzetçilər,Sonra da daha kimlər,Sonra daha nəçilər.
Kimisinə əyləncə,Kimisinə şan-şöhrət,Bunların hamısını,Çaş-baş salıbdı «sənət».
Dərdi başından aşan,Köçkün də şeir yazır.Fatmanisə qarı daÜç gündür şeir yazır.
Özəl kitablar çıxır,«Gözəl» kitablar çıxır,Sarı, sarı, sapsarı,Xəzəl kitablar çıxır.
Kitabın üzünə yox,Varaqla, içinə bax!İçi hədyanla dolu,Ədasına, fikir ver.Yalana bax, sən Allah,Özü-özüyçün deyir:«Görkəmli, dahi, ulu».Bəlkə də dərd yarıydı,O yalançı şeirlər,Şeirə oxşasaydılar,Heç olmasa tük qədər.
Kim necə gəldi yazır,Əruz, heca bilmədən.Rüsvay edir özünü,Lap birinci kəlmədən.
Zol-zol olub varaq da,Zara gəlib qələm də,Bu nadanlar əlində,Bu naşılar əlində.
Kitab oxuyan yoxdur,Kitab yazandı hamı.Pulnan satın alırlar,İndi şeiri, ilhamı.
Əsl şairlər susur,Şeirə qiymət azalıb.Elin dili – şairəLayiq hörmət azalıb.
Zavod yox, iş yeri yox,Fəhlə də şeir yazır.Kənddə torpaqsız qalıbKəndli də şeir yazır.
Əli də şeir yazır,Vəli də şeir yazır.Nəşriyyat çox olandaDəli də şeir yazır.
Bir zaman deyərdilər:«Əli də qəlyan çəkir,Vəli də qəlyan çəkir.Tənbəki bol olandaÖlü də qəlyan çəkir».
Bu hay-küyə, hop-gopa,Görəsən səbəb nədir?Bu ağılla, bu başla,Bu millət hara gedir?
Xəbər olsun yadlara,Xəbər olsun dostlara.Şeir yazır Lənkəran,Salyan, Lerik, Astara.Şeir yazır Ordubad,Culfa, Şahbuz, Naxçıvan.Şəki, Gəncə, Mil, Muğan,Bakı, Şamaxı, Şirvan.Şeir yazır Qarabağ,Tovuz, Yevlax, Qazax, Qax.
Dəvəçi, Xaçmaz, QubaŞeir yazır şıdırğı.Bütün kəndlər, şəhərlərBaşdan-başa el-oba.
Bir kəlmə, söz müxtəsər,Can, ay can, bir də ay can!Şeir yazır sərasərBu boyda Azərbaycan!
Aprel, 2000
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-seir-yazir
← → düymələri ilə keçid, R — təsadüfi şeir