Mircə Əli Möcüz Şəbüstəriyə
(Sərbəst nəzirə)
«A Şəbüstərli dadaşlar,Sizə mən neyləmişəm?!»
Görməsəm də bir mehrini, mən Şirvanın övladıyam,Şirvan – Şirinimdir mənim, mən də onun Fərhadıyam.Özümə görə şairəm, nə Sabirəm, nə Hadiyəm.Bilən bilir, indiyədək beş-üç doğru söz demişəm,A Şamaxılı dadaşlar, sizə mən neyləmişəm?!
Şairlərin durduğu yer firqələrin fövqündədir,Ayə, bəs onda bu əda, bu ayrıseçkilik nədir?Sayım elədiklərimi istəyirsən sənə bir-bir,Dost qəlbini sevindirib, düşmən bağrın teyləmişəm,A Şamaxılı dadaşlar, sizə mən neyləmişəm?!
İmarətlər ucaltmısız özünüz üçün göylərə,Fəxrimiz Sabirə fəqət, ucaltmamısız məqbərə,Şirvanlıya soyuqqanlı demirlər ki, nahaq yerə,Mən də bu doğru sözü bir də təkrar eyləmişəm,A Şamaxılı dadaşlar, sizə mən neyləmişəm?!
Şirvan – torpaq, ana yurddu, torpağın nə günahı var?!Müqəddəsdi, məkr bilməz ormanlar, dərələr, dağlar.Adamlardı bu Aləmi biri-birinə qatanlar.Mən də babam Sabir kimi gördüyümü söyləmişəm,Dünən, srağagün, bu gün və həmişə və həmişə,Nadana nadan demişəm, namərdə namərd demişəm,A Şamaxılı dadaşlar, sizə mən neyləmişəm?!
Bakı, Dekabr, 2000
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-mirce-eli-mocuz-sebusteriye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
İş vuraq, dinc durmayaq, iş vurmaq üçün can ataq,Xəlqə kim imdad edirsə biz ona hədyan ataq.
Bir yurd olun, bir yurdlaşınBölünməyin, yurtdaşlarım,Bir yurd olun, bir yurdlaşın,
VarÜrəyimiz çiçəklənir,Elin əcəb cəlalı var.
GəlirMillət komutanı Vağarşah ağa,Səbr eylə başına gör nələr gəlir.