Kiminin səbri bir kasalıqdı,Kimininki bir çimdik,Onunku bir dənizdi –O da daşdı.Bir nəslin düşüncəsibu daşqında yuyundu,aydınlaşdı.Kiminin hünəri bir atımlıqdı,Kiminki dörddə bir atımlıq.O ömrü boyu barışmadıəsarətlə,Az dedi,amma dedi cəsarətlə.Kimi millət adındanqopardı haray,Kimi yalandan eylədi ah-vay.O susdu təmkinlə –Tufanqabağı sükutduonun sükutu.Dinəndəsəsi dünyanı tutdu.Kimi qorxağa ürək-dirək verdi,Kimi çolağa qoltuq ağacı.O dilləndirdi «Lal»ı,Düşündürdü «Ölülər»i,Güldürüb-ağlatdı acı-acı.Kimi eşq kitabını yazdı,Kimi haqq-hesab.O yazdı «Anamın kitabı»nı,Göstərdi dərd necə olur,Nə rəngdə olu əzab.Kimi ulduz tapdı,Kimi ada.O tapdı Sabiri.Ulduz axa bilər,ada bata bilər,Amma Sabiri kim unuda bilər?!Mirzə Cəlili kim unuda bilər?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri