«Ey ol vaxtı görən məsud, unutma bizləri yad et,…Məzarım üzrə gəl, dur qəmli-qəmli ağla, fəryad et».M.Hadi

Soraq vermək istədim bu gündən sənə, şair,Məzarını aradım.Tapmadım, gözlərimdə qaldı arzum, muradım.Ömrünün son günləri Gəncədəydin, deyirlər,Gedib Gəncəni gəzdim.Dilimdə, ürəyimdə – bir ağlar qəlbdən qopubMilyon qəlbi ağladan o yanıqlı şeirlər.Hər yerdə səni gəzdim.Qarış-qarış dolandım qoca Şirvanı, şair!Məzarın hanı, şair?..Şəlalədən soruşdum, şəlalə axdı keçdi,İldırımdan soruşdum, ildırım çaxdı keçdi.Lalədən, bənövşədən, yasəməndən soruşdum,Dağdan, daşdan, qayadan, göy çəməndən soruşdum,Dedilər ki, bir zaman o bizə baxdı keçdi.Gəzdim hər yanı, şair,Məzarın hanı, şair?..Bir qocadan soruşdum, dedi: – Axtarma bala,Özünü yorma, bala.O ki, elə yanırdı,Ya gərək əriyəydi, ya gərək kül olaydı.Ana yurdun dərdinə, el-obanın dərdinəElə yanmadı ki, o, məzarı da qalaydı!

Bakı, 1961

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar