Körpə ikən ağlamasan,Səni atıb-tutan olmaz.Yazılmayıbsa alnındaArzu-kama çatan olmaz.

Dünyaya yaxşı bax, insan,Yaşamağı sanma asan!Özün xatalı olmasan,Ömründə bir xatan olmaz.

Mən bələdəm millətimə,Gəl-gəl deyərlər yetimə.İşi düşəndə çətinə,Yetimə əl tutan olmaz.

Hər ömrün öz günləri var,Hər bağın öz gülləri var,Hər parçanın öz yeri var,Cüna dönüb kətan olmaz.

Evdə, işdə, toyda, yasdaÖmür keçər asta-asta.Can verəndə başın üstəAnan olmaz, atan olmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri