Daşlar
Yerin altında qalan,Qaya olan,Dağlara, dərələrə, düzlərəYuvarlananDaşların dərdiSığmır yerə-göyə.
«Niyə bizi görmürlər, niyə?»«Niyə o biri daşlar kimiBizi də,Divara,Qalaya,KörpüyəHörmurlər niyə?Razıyıq, döşəsinlərLap ayaq altına.Razıyıq, bünövrə olaq,Düşək yerin ən alt qatına –Təki yaşayaq».Yaşayıb, heç bir şeyəGərək olmamaq dərdiÖlümdən də betərdi!Çuxuryurd, 1961
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-daslar
← → düymələri ilə keçid, R — təsadüfi şeir