Dərə keçib, dağ aşıram,Yamaclara dırmaşıram.Bir tərəfim çay, uçurum,Bir tərəfim qalın meşə.İllər boyu təkmi durum?Fikirliyəm mən həmişə.Mən ot basmış bir cığıram,İnsan üçün darıxıram.

Yorğun gözüm yolda qalıb,Dörd yanımı tikan alıb.İstəmirəm itim-batım,Unudulmuş cığır kimi.Nəyə lazım bu həyatım,Qıracaqsa ümidimi?!Mən ot bitmiş bir cığıram,İnsan üçün darıxıram.

Ey insanlar, dəstə-dəstəGəlin çıxın sinəm üstə!Mən də gülüm bu dünyada,İstəyimcə görüm sizi,Addım ürək ağrıtsa da,Həyatımdır ayaq izi.Mən ot basmış bir cığıram,İnsan üçün darıxıram.

Şamaxı, 1959

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri