Bir yandan yorulmadanDamarlara güc vurur.Bir yandan can eviniKərpic-kərpic uçurur.

Döyünmək onun işi,Yorulub əldən düşür.Ürək – canın günəşi,Eşiyi nur, içi nur.

Acı sözdən yaralı…Qorxan kimi saralır,Qəmlənəndə qaralır,Sevinəndə uçunur.

İkitinlidir ürək –Ya sərt olur, ya kövrək.Ya ömrə olur dirək,Ya heç olur, puç olur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri