Şəklini asmaqçın, sənədivarda yer tapmadılar –Baba Pünhan!Sən dil açıb nə dedinsəbəyənmədi səni dövran.Sənin ilk sözün haqq oldu,haqqa tapındın, haqq dedin.Bilmədinmi, bəgəmləri,çağdaşların qorxur haqdan.Sən Aləmi bilə-biləqatanda biri-birinə.Asıldı kiminsə şəkli –sənin şəklinin yerinə.Bu divarlar süslənibdi,birər-birər şəkillərlə,Həm üst qatda, həm alt qatda.Onlar başqa adamlardı.Şan-şöhrətdə, fəxri adda –tamam başqa!Sən onlara bənzəmirsən –Sən alayı, sən tam-başqa!

Divarlarda adda-buddaBoş yerə bənzər nəsə var.O yerlərlə işin yoxdur,Onların da yiyəsi var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq