«İçərişəhər» – təqvimdə
Təqvimdə İçərişəhəri gördüm,çəkilib əcayib-qərayibçəkilib ikili fənd ilə.Ya bu adam heç Bakıda olmayıb,Ya da qəsdən çəkib elə-belə.
Üst-üstə yığıb,evləri qalaq-qalaqbu yamaq, orda çalaq,Təzə çarpaz divarlar hörüb,Biri-birinə yapışıq, haça.Uca minarələrdənyalnız birini saxlayıb,qalanlarını atıb…O minarələrin dalında, özündənbir neçə dam-daş qaraldıb.Üfüqdə nə Günəşin batması,nə çıxması,Aşağıda bir-iki,Şirəli, şilvərli kənd daxması,Qədim şəhərdə bu cürdaxma olmaz ki!
Göy – göy deyil,Sərasər açıq cəhrayı,Buludsuz, saya.Bu göyün nə Günəşi var,Nə ulduzları var, nə Ayı.Ay-ulduz çəkməyə bununəli gəlmir.Binaların rənginə bax bir!Mum rəngində, sapsarı.Adda-budda daşlardanaxışlar gözə çarpır.Aralarındaxaça oxşayanı da var.Mazqalları kiçildib,Bürcləri uçurdub.
Aşağı həyətdəkiMəqbərəni qaldırıbhündür bir damınüstünə köçürdüb.Bu necə İçərişəhərdir ki,yoxdur Qızqalası?Bütöv sığışmasa dagörünəydi heç olmasabir parçası!
Alaqapı qoymayıb,İstəyib ki, qoy şəhərbağlı qalsın.Qala divarların yastıladıb.Daş dişləri bir-birçəkib, atıb.Bunu açıqca eləyib,Bilə-bilə eləyib.Hələ üstündən də«Dişli divarlarİnsanları qorxudar» deyib.İnsan haqlarını qoruyana bax,Sən Allah!
Şirvanşahlar sarayınıOlduğu kimi ucaldıb,Amma bunun daBir əmması var,Məğrur görünsə dəElə bil üstdən yerə sıxılıb dam.Mənə elə gəldi ki,Bizi QarabağdanSoyutmaq istəyir bu adam.
Uçurtduğu bürcün, iç divarında,Xəlvət yerdə,İki kiçik xaç gizlədib,Bu xətt mənə tanışdır,Bəlkə də bu rəsamATƏT xəttiləGəlib-gəzibmişİçərişəhəri.
Belədən-belə,addım-addım,bitdə-bitdə.
Bunu da bilirəm ki,Sənətdəşərtilik var.Canım-gözüm, var,Amma bu əndazədə yox!
Gördüyünü gördüyü tək çəkməyib,Ya özü belə çəkib,Ya ona deyiblər belə çək!O da quyruq bulayıb.İşlətdiyi kətana hayıf,qarışdırdığı rəngə hayıf!
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-iceriseher-teqvimde
← → düymələri ilə keçid, R — təsadüfi şeir