Allah, dön bəri, dön bəri,Bu çadıra diqqətlə bax!Bir gör yaza çıxarmı buQoca-qarı, oğul-uşaq?

Allah, əyil bax qaçqına,Sən də baş alıb qaçginən.Ya da bir qapı açginən,Biz də baş götürüb qaçaq.

Allah, səbrimiz tükənib,Bağla bu bazar-dükanı.Ya gəl çıxart bu tikanı,Ya köksümə sapla bıçaq.

Allah, bu necə bəladı?Bizi tək görüb, taladı.Üst-üstə yığıb qaladı,Ürəklərdə çatdı ocaq.

Allah, bizi pərt eləmə,Bu il qışı sərt eləmə,Bir dərdi min dərd eləmə,Yoxsa bu da dərd olacaq.

Noyabr, 1994-1998-2005

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri